Xəbəriniz olsun - "Sürix" Bakıda belə bir problemlə üzləşib

20 İyul 2022 12:40 Maraqlı 1 134
Xəbəriniz olsun - "Sürix" Bakıda belə bir problemlə üzləşib

"Sürix" Bakıya yeni səfər formalarını gətirə bilməyib.

Sportinfo.az İsveçrə klubunun rəsmi saytına istinadən məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə "Qarabağ"la oyunda əvvəlki formalarından yararlanıb.

Klub səfər formalarının çatdırılması ilə bağlı problem yaşadığından, xüsusi qara formalardan istifadə etməli olub.

O da vurğulanıb ki, komandanın yeni mövsüm üçün ev və səfər formaları iyulun sonlarında fan-şoplarda və onlayn qaydada satışa çıxarılacaq.

Görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb - 3:2. Cavab oyunu iyulun 27-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı