"Qəbələ"nin təqdimatı kapitanla sabiq əməkdaşı "ÜZ-ÜZƏ QOYDU"

1 İyul 2022 17:00 Maraqlı 834
"Qəbələ"nin təqdimatı kapitanla sabiq əməkdaşı "ÜZ-ÜZƏ QOYDU"

"Qəbələ" Konfrans Liqasına hazırlıqları davam etdirir.

İki həftədən artıqdır komanda doğma rayonda bir araya gəlib. Dünən hazırlığın ilk mərhələsini başa vuran komanda Qəbələni tərk edib.

Toplanışın ikinci mərhələsi isə Türkiyədə baş tutacaq. "Qırmızı qaralar" hər nə qədər avrokuboklara köklənsələr də, yeni mövsümlə bağlı planları da unutmurlar.

Komanda dünən qarşıdakı mövsüm geyinəcəyi formaları ictimaiyyətə təqdim etdi. Ağ və qırmızı olmaqla təqdim olunan iki dəst yeni geyim forması azarkeşlər tərəfindən müsbət rəy aldı.

Uzun müddət bölgə klubunun meneceri kimi çalışmış Səbuhi Səfiyarlının məlum posta yazdığı rəy isə kiçik, amma maraqlı dialoqa yol açmış oldu.

Belə ki, sabiq əməkdaş kapitan Asif Məmmədovun sağında Emil Səfərov və solunda yeni transfer Felipe Santos olan fotoya "Asif, uşaqlardan muğayat ol" yazıb.

Təcrübəli oyunçu isə keçmiş klub rəsmisinə "etibarlı əllərdədir, narahat olma" - deyə cavab verib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti