Məşhur braziliyalı hücumçu hansı Azərbaycan klubuna gəlir?

27 İyun 2022 14:20 Maraqlı 4 060
Məşhur braziliyalı hücumçu hansı Azərbaycan klubuna gəlir?

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra açıqlama verib.

O bildirib ki, təcrübəli forvard Azərbaycan, Türkiyə və Braziliya klubları ilə danışıqlar aparır.

Son klubu Danimarka "Midtüllan"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.

Daha əvvəl "Sabah"ın baş məşqçisi Murad Musayev təcrübəli forvardla maraqlandıqlarını, hətta ona təklif göndərdiklərini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti