"Qurban Qurbanovdan bu sözləri eşitmək qürurverici və təsirli oldu" - FOTOLAR

1 İyul 2021 12:40 Maraqlı 2 174
"Qurban Qurbanovdan bu sözləri eşitmək qürurverici və təsirli oldu" - FOTOLAR

Dünən yoxlama oyununda üz-üzə gələn "Qarabağ" və "Sumqayıt" komandalarının görüşündən öncə Ağdam klubu sözügedən qarşılaşmanın şərhçisi, "CBC Sport"un əməkdaşı Süleyman Vəliyevə jest edib.

Belə ki, 44 günlük Vətən Müharibəsinin iştirakçısı olan Süleyman ötən həftə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdu.

Dünən isə "Qarabağ" komandası şərhçiyə Laçının avtomobil seriya nömrəsinin (41) əks olunduğu forma hədiyyə edib. Formanı klubun direktoru Əmrah Çəlikəl təqdim edib.

Gənc şərhçi bununla bağlı Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın atdığı addımın onun üçün gözlənilməz olduğunu deyib: "Tamamilə gözlənilməz oldu. Xoş bir sürpriz idi".

Vəliyev Qurban Qurbanovla arasında yaşanan dialoqdan da söz açıb: "Qurban Qurbanov xoş sözlər söylədi. Mənim qismimdə bütün Azərbaycan ordusu ilə fəxr etdiyini dedi.

Belə bir sitat işlətdi "Bizim etdiklərimiz sizin etdikləriniz qarşısında çox kiçikdir". Belə bir insandan bu sözləri eşitmək həqiqətən çox qürurverici və təsirli oldu".

Digər Xəbərlər
Xəbər Lenti