AFFA-nın seçim etməkdə gecikməsi TƏƏCCÜBLÜ DEYİLMİ?

11 Fevral 2020 13:26 Köşə 1 109
AFFA-nın seçim etməkdə gecikməsi TƏƏCCÜBLÜ DEYİLMİ?

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının yanvarın 28-lə keçirilən 28-ci konfransı iqqət mərkəzində idi. Çünki yanvarın əvvəlindəki növbədənkənar konfrans qurumun strukturunla dəyişiklikləri elan etmişdi.

Seçkilərə 2008-ci ildən 3 dəfə AFFA-nın prezidenti seçilmiş Rövnəq Abdullayevin yeganə namizəd kimi yekdilliklə növbəti müddətə vəzifəsində qalacağı təsdiqlənib.

12 yerlik İcraiyyə Komitəsinə də bir o qədər namizəd olubhamısı seçilib. Bunlar İsgəndər Cavadov, Kazbek Tuayev, Rauf Əliyev, Fərid Mansurov, Firudin Qurbanov, Elmar Məmmədyarov, Elşad Nəsirov, Elxan Məmmədov, Zaur Axundov, Vaqif Sadıqov, Mahir Məmmədov və Könül Mehtiyeva olublar.

Konfransın ardınca İcraiyyə komitəsinin yeni tərkibdə iclası keçirilib. AFFA prezidenti R.Abdullayev komitənin yeni üzvləri Fərid Mansurov, Könül Mehtiyeva və Elxan Məmmədova üzvlük qovluğu təqdim edib.

Onun təklifi ilə Rauf Əliyev, Elşad Nəsirov və Vaqif Sadıqov vitse-prezident, Elxan Məmmədov icraçı vitse-prezident kimi təsdiq olunublar. Elxan Məmmədov həm də əvvəlki vəhifəsini icra edərək baş katib də olacaq.

Komitə üzvlərinin səlahiyyətləri və fəaliyyət iqtiqamətləri müəyyənləşdirilib. Fərid Mansurov Gənclər və İdman Nazirliyi, Elmar Məmmədyarov digər dövlət orqanları, Könül Mehdiyeva isə beynəlxalq qurumlarla əlaqələndirici olacaqlar.

İsgəndər Cavadov region, Rauf Əliyev uşaq və gənclər və Firudin Qurbanov tələbə futbolu, Zaur Axundov futzal ilə maraqlanacaqlar. Kazbek Tuayev veteranlarla, Vaqif Sadıqov məşqçi və klublarla, Elşad Nəsirov milli komandalarla, Mahir Məmmədov sahə federasiyaları ilə çalaşacaqlar. FF ilə koordinasiya

İclasda millinin baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı fikir mübadiləsi aparılıb. İclasdan sonra təşkil olunan mətbuat konfransında Elxan Məmmədov deyib ki, komandanın baş məşqçisi vəzifəsinə 32 namizəd var. Bu məsələlər icraiyyə komitəsinin növbəti icasının gündəliyində də olacaq.

Təbii ki, baş məşqçi postu bütün ölkə ictimaiyyəti üçün ən maraqlı məsələdir. Bu qədər namizədin olması bir qədər təəccüblü görünür.

Əslində, AFFA bununla bağlı, yəqin ki, bir sıra araşdırmaları vaxtında aparmalı idi. Namizədin yeni yarış ərəfəsi seçilməsi də tam mənasında yerinə düşməyəcək.

Çünki Azərbaycan millisi istər oyunçu, istər peşəkarlıq, istərsə də təşkilati imkanları geniş olmayan bir komandadır. Yeni sükançının dərhal işə başlayaraq, əlində olan kadrları düzgün qiymətləndirməsinə də vaxt çox qalmayacaq.

Mart ayında seçilsə, Malta səfəri onun ilk toplanışı olacaq. Daha sonra Avropa çempionatı ərəfəsi keçiriləcək görüşlərlə bu iş faktiki tamamlanacaq. Məşqçi seçilmiş olsaydı, klubların qış toplanışından başlamaqla onun səmərəli fəaliyyətinə şərait yaranardı.

Belə olan halda, hər şey onun təhlil bacarığından asılı vəziyyətə düşəcək. Deməli, AFFA əvvəlki ənənələrə son qoyaraq, sükançı qarşısına daha konkret vəzifələr qoymalıdır.

BATI YAR

Xəbər Lenti