De Byazinin müqavilə haqqından “otkat” çatır sizə?

28 Mart 2023 17:00 Köşə 1 519
De Byazinin müqavilə haqqından “otkat” çatır sizə?

Belə böyükhesablı darmadağından sonra neçə baş məşqçi tanıyırsız ki, «əla oyun göstərdik» desin?

Adam gör nə qədər üzlü və abırsız olmalıdır ki, bu cür açıqlama versin!

Canni De Byazi Azərbaycan insanını ələ salır. Azərbaycan insanının hissləri ilə oynayır.

Onu aşağılayır, mənəvi dünyasını ayaqlar altına atır. Bu nə sözdür axı…

AVRO-2024-ün seçmə mərhələsinin ilk 2 turunda üst-üstə 9 qol buraxmış komandanın baş məşqçisi gərək dilini qatlayıb bir yerində gizlətsin.

Hər dəfə deyir ki, onun qarşısına heç bir hədəf qoyulmayıb.

AFFA rəhbərliyi, cavab verin - o, doğrumu danışır? Canni De Byazi hər il ölkəmizdə böyük paralar qazanır.

Milyonları niyə verirsiz onda ona? Nə marağınınız var bu əməkdaşlıqda?

Bir şey ki hansısa hədəfdən söhbət getmir, Azərbaycanın valyutasının xaricə çıxmasına niyə şərait yaradırsız, göz yumursuz?

Olmaya De Byazinin müqavilə haqqından «otkat» çatır sizə? Deyin, bilək də.

Dünənədək yalanın ömrü 40 gün idi. Bu gün əsl həqiqətin üzə çıxması üçün 4 gün də kifayətdir.

Cavab verəcəksiz. De Byazinin nə umruna, azərbaycanlı deyil, millət arasına çıxmır, hamının yanından tez ötüb keçir.

Məsuliyyətdən azad olunmuş şəxslər heç özlərini belə aparmır, bu cür danışmır.

«Əla oyun göstərdik» deyəcək qədər yalanın başını açıb buraxmış baş məşqçiyə nə qədər dözəcəyik*

Ehhh… Suallar çox, cavablar yox…

KAMİL

Xəbər Lenti