Şeydayevin borcu və ya daha borclu borclunun sağlığını istəmir

24 Fevral 2023 16:40 Köşə 2 611
Şeydayevin borcu və ya daha borclu borclunun sağlığını istəmir

Avrokubok həyəcanını yaydan payıza, payızdan qışa, qışdan yazın ayağına gətirdk.

Bahar ayının özünə - marta daşımağa gücümüz çatmadı. Ötən il olduğu kimi, yenə burada dayandıq.

Açığı, Gentdə yaşadığımız dünənki gecədən sonra nəsə yazmaq çətindin mənə.

Ümidim var idi ki, «Qarabağ» Bakıda əldə etdiyi sürüşkən 1:0-a arxayın olmayıb, cütün taleyini ikinci qələbəylə tamamlayacaq və Azərbaycan futbolunda daha bir tarixi səhvə açacaq.

Bizi daim yeniliklərə alışdırmış, ovqatımızı qaldırmış. İddiamızı gücləndirmiş «Qarabağ»ı Belçikada soyuq və gərgin bir 90 dəqiqənin gözlədiyini təxmin edirdim, narahatlığım az deyildi.

Düzünü söyləsəm, oyunun əlavə vaxta daşınacağı, cütün müqəddəratının penaltilər seriyasının ümidinə qalacağı ağlımın uçundan keçmirdi.

Düşünürdüm ki, «Qarabağ» ilk hissədə qapısından qol buraxmasa, fasilədən sonra üstünlüyü ələ alacaq, orta sahəyə nəzarəti gücləndirib, istədiyi qolu/qolları vuracaq.

Bəlkə də ikinci dəqiqədə Bəhlul Mustafazadənin qapı tirindən dönən topunu görəndə, bir çoxumuza elə gəldi ki, “Qarabağ” qarşıdakı bölümdə «Gent»in qapısını karvansaraya döndərəcək.

Ənənəvi «ən yaxşı müdafiə hücumdur» prizmasına sevgi nümayiş etdirən «Qarabağ» ilk 10 dəqiqədə meydanın hər qarışına öz ağırlığını qoydu.

Sonra yavaş-yavaş tempi azaltdı, «Gent»in göz açmasına, irəli atılmasına, bəzən sürətli əks-hücumlar qurmasına zəmin hazırladı.

Riçard Almeydanın günündə olmaması, top itkilərinin çoxalması, topun çox vaxt «hava gəzintisi»nə çıxması, əslində, «Gent»in ürəyincə idi.

Ev sahiblərinə məhz bu lazım idi. Musa Qurbanlının topsuz epizodlarda fəallığı, Bakıda penaltini qaçıran Ramil Şeydayevin «komandama bir qol borcum var» vədi «Qarabağ»ı hücumun sivri ucunda təhlükəli etmədi.

Şeydayev borcunu qaytarmaq üçün yarım addım da atmadı, boş-boşuna, sallana-sallana, tullana-tullana dövrə vurdu.

MUSA

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!