Əla start, Marselo xofu, Qurbanov zəkası

10 Oktyabr 2022 23:40 Köşə 1 786
Əla start, Marselo xofu, Qurbanov zəkası

"Qarabağ"ın Yunanıstan səfərinin çətin olacağı öncədən məlum idi.

Elə start fitindən dəqiqələr öncə yerli fanatların təxribatı bunun başlanğıcı oldu.

Klub rəhbərliyinin müdaxiləsindən sonra azarkeşlərimizin rahatlığı təmin olundu.

Əla start

Amma onların təxirabat cəhdi də komandamızın uğurlu startına mane ola bilmədi. Sanki evdə oynayırmış kimi başlayan Qurbanovun yetirmələri erkən qolla da sevindi.

Sadəcə, VAR-ın müdaxiləsi ofsayd səbəbindən baxımlı hücumdan sonra Abdullah Zubirin vurduğu baxımlı qolu hesaba alınmadı.

Bərabərləşən oyun

Təxminin 15-ci dəqiqədən sonra oyun bərbarləşdi deyə bilərik. Publikanın dəstəyi hesabına meydan sahibləri daha çox topa nəzarət etməyə, hücumlara qurmağa başladı.

Bir epizodda cərimə zərbəsindən vurulan topu Şahruddun çətinliklə dəf etdisə, növbəti epizodda Veşoviçin səhvindən sonra rəqib oyunçu pis zərbə ilə yadda qaldı.

Kor-koranə topu qabağa uzaqlaşdıran, heç cür öz oyununu diqtə edə bilməyən "Qarabağ"ı 10-15 dəqiqə gördük. Davamında yenə bərabər oyun görüntüsü davam etdi.

Marselo xofu

İkinci hissənin əvvəli də oxşar tempdə başladı. İddia etmək olmazdı ki, tərəflərdən hansısa digərindən bir baş üstündür. Amma meydanda ilk qolu kim vursa, qələbə də onun olacaq havası vardı.

Hücumu gücləndirmək üçün 60-cı dəqiqədə Michel dünya ulduzu Marselonu oyuna buraxdı. Açıq desək, onun meydana çıxması "Olimpiakos" adına meydanda bir canlanma yaratdı.

Məncə, bu, braziliyalının performansından çox adı ilə bağlıyıdı. Sanki futbolçularımız bir qədər narahatlıq yaşadılar.

Hətta bir epizodda onun zərbəsindən sonra komanda yoldaşına dəyən top qapımızdan da keçdi. Sadəcə oyundan kənar vəziyyət səbəbindən qol qeydə alınmadı.

Qurbanovun anında müdaxiləsi

Təhükəni anında hiss edən Qurban Qurbanov cəmi 5 dəqiqə sonra həmin cinahda çıxış edən Leandro Andradeni Ramil Şeydayevlə əvəzlədi. Elə bu dəyişikliklə də matçın taleyi həll olundu. Belə ki, cəmi 3 dəqiqə sonra məhz Ramilin başlatdığı hücumu Kvabena Ovusu dəqiq zərbə ilə tamamladı - 1:0.

Ümumiyyətlı, Şeydayevin meydana girməsi Marselonun qərarlaşdığı cinahın iş əmsalın tamamilə sıfıra endirmiş oldu.

Ardınca bu dəfə Veşoviçin timsalında yenə sağ cinahda qazanılan topu elə çernaqoriyalı özü qapıdan keçirdi.

Matçda yekun nöqtəni isə oyuna möhtəşəm qoşulan Şeydayev qoydu. O, bir xeyli irəliləkdən sonra fantastik zərbə ilə topu doqquzluğa sancdı.

Bununla da "Qarabağ"ın Yunanıstan fəthi tamamlanmış oldu. Möhtəşəm oyuna, möhtəşəm qollara yaraşanı da elə belə sonluq olmalı idi.

XANOĞLAN İMANOV

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"