"Qarabağ" sistemi" adı altında cəsarətli obrazı yaratmaq istəyənlər

24 Sentyabr 2022 19:40 Köşə 1 687
"Qarabağ" sistemi" adı altında cəsarətli obrazı yaratmaq istəyənlər

“Yığmanın özəyini xeyli vaxtdır ki, “Qarabağ”ın oyunçuları təşkil edir.

Biz də Məşqçilər Komitəsi olaraq çoxdan deyirik ki, niyə millimiz də “Qarabağ”ın oyun sistemi ilə oynamasın?

Biz bunu De Byaziyə bildirmişik. Ancaq onun sistemi başqadır. İtalyanlar beşli müdafiəni sevirlər. Axı klublarımız bu sistemlə oynamır. Futbolçu eyni sistemdə oynayanda ona da rahat olur. Bir sistem fayda vermirsə, deməli, dəyişiklik etmək lazımdır”.

Bu fikirlər AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadova məxsusdur.

İlk başdan ağıllı və məntiqli təklifdir. Amma…

Gələk işin ammasına.

Hörmətli Ağasəlim müəllim, “Qarabağ”ın sistemi deyərkən nəyi nəzərdə tutursuz? Fikirlərinizdən belə başa düşdüm ki, Qurban Qurbanovun komandanı meydanda oynatdığı taktiki sixemdən söhbət gedir.

Gəlin, bunları qarışdırmayaq. “Qarabağ”ın sistemi tamam başqa anlayışdı axı. Bura rəhbərlikdən tutma, ən siravi işçiyə kimi səncirvari bağlanan işlək mexanizmdən söhbət gedir.

Və bu mexanizmin aparacı, hərəkətverici qüvvələrindən biri də baş məşqçi Qurban Qurbanovdur.

Deməli, meydandakı düzülüş və düzülüşü quran baş məşqçiyə kimi biz rəhbərlikdəki sistemi qurmalıyıq.

“Qarabağ”da o sistem 3-5 günə yox, illərlə çəkilən əməyin nəticəsində ərsəyə gəlib.

Səbrli olmaqla, ədalətli yanaşma və tərəflərin vəhdəti sayəsində bu mümkün olub.

Siz isə söz oyunu oynamaqla məğulsunuz. Bacarıqsız rəhbərliyi, bərbad idarəetməni düzəltmək barədə yox, birbaşa meydandakı düzülüşü “Qarabağ” kimi etməyi təklif edirsiniz.

Bəlkə də “De Byaziyə demişik ki, “Qarabağ”ın sistemi ilə oynasın” deməklə AFFA-da oturub cəsarətli çıxış edən şəxs obrazı yaratmaq istəmisiniz.

Amma mahiyyətə varanda bunun ucuz, kütləyə işləyən, rəhbərliyi müdafiə edən cəsarətsiz açıqlanma olduğu aşkar görsənir.

Növbəti dəfə rəhbərliyə “Qarabağ”ın rəhbərliyin, idarətetməsin deyəcək qədər cəsarətli olmağı azrulayıram. Ki, “Qarabağ”ın sistemi məhz ordan başlayır!

Elə Qurban Qurabnovun milli komandada yarımçıq qalan planlarının da səbəbi məhz həmin rəhbərlik, idarəetmə və sistem(sizlik) oldu.

XANOĞLAN İMANOV

Xəbər Lenti