"Qarabağ"fobiya

19 Sentyabr 2022 10:40 Köşə 2 805
"Qarabağ"fobiya

Bu, «Qarabağ»la «Zirə» arasında 28-ci duel idi.

«Zirə» startını 2015-ci ildən götürən qarşılaşmaların heç birində rəqibinə qalib gəlməyib. Maraqlıdır, deyilmi?

Səbəbini deyim, bilin.

«Zirə»də «Qarabağ» xofu var, bunu anadangəlmə instink də adlandırmaq mümkündür.

Baş məşqçinin kimliyindən asılı olmayaraq, «Zirə»də həmişə fikirləşiblər ki, yox e, «Qarabağ» başqa dünyanın təmsilçisidir, onlarla ayaqlaşa, məğlub edə bilmərik.

Bu fikir o qədər kök salıb, o qədər rişə atıb ki, düzü, inanmıram ki, «Zirə» illər sonra da «Qarabağ»a qalib gəlsin. Sindrom uzun illər davam edəcək kimi görünür.

Demirəm ki, «Qarabağ»ı udmağı arzulamırlar. Arzulamağına arzulayırlar, fəqət, bunu meydanda həyata keçirəcəklərinə gümanları yoxdur.

Axmaq o kəsdir ki, «Zirə»ni «Qarabağ»ın «kiçik qardaş»ı adlandırır.

Böyük və kiçik qardaşlar arasında 7:1 olmur, əfəndilər! Halbuki «Qarabağ» bundan əvvəl də «Zirə»yə iki dəfə 6 qol vurub.

«Zirə» büdcəsini azından iki dəfə artırsa, 5-10 min dollarlıq legionerlərdən əl çəksə, hə, onda «Qarabağ»fobiyadan qurtula bilərlər.

Özgə cür mümkün deyil bu qorxunu içindən çıxarması, azad olması.

MUSA

Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...