Qurban Qurbanovu bezdirən cavablı sual - Nə vaxta kimi?

25 May 2022 20:00 Köşə 1 807
Qurban Qurbanovu bezdirən cavablı sual - Nə vaxta kimi?

Qurban Qurbanova növbəti dəfə özünün Azərbaycan milli komandasına qayıtmağı ilə bağlı ehtimaldan danışıb.

Sitat: "Yenə millidən sual verdiz. Son vaxtlar başıma gələn hadisələr məni elə qərar veməyə gətirib çıxardı ki, sanki "Qarabağ"dan başqa heç yerdə işləmək istəmirəm. Biz çox şey istəyə bilərik, amma bizdən asılı olmayan səbəblər var. "Qarabağ" həyatımda ən önəmli dəyərdi".

Daha doğrusu Qurbanov danışmağa məcbur olub. Ki, təcrübəli mütəxəssis dəfələrlə bu mövzuda danışmaq istəmədiyini dilə gətirib.

Suala cavabında "Yenə millidən sual verdiniz" cumləsi ilə giriş etmək onun bu sualı eşitməkdən nə qədər bezdiyinin növbəti əyani göstəricisidir.

Amma buna rəğmən dəfələrlə ona yenə eyni məzmunda - "Milli komandaya yeni qayıdarsınız?" sualı unvanlanır.

Bu sualın cavabını aktiv futbol həyatından uzaq olan adamlar da bilir ki, gəlməz!

Mən də əksəriyyət kimi milli komandanı onun çalışdırmasını və uğurlar qazanmasını çox istəyən və inananlardanam. Amma imkan verilmirsə, cavab da qısa və netdi - yenidən gəlməz!

Niyəsi də odur ki, Qurbanovun milli komandada başına gətirilənlərdən sonra nəninki Qurbanov, özünə hörmət edən heç kim milli komandaya qayıtmaz. Hamımız da bilir ki, Qurbanov özünə hörmət edən adamdır. Əslində bu sualı verməklə Qurbanova hörmətsizlik edilmiş olunur.

Bir haldakı indiki halda gəlməyəcəyi dəqiqdirsə, hər dəfə "gələrsinizmi?" sualı vallah bezdirici və yorucudur.

Adam dönə-dönə deyir ki, bu mövzuda soruşmayın, danışmayaq, danışmaq istəmirəm və.s, və.i. Amma onun xahişi, tələbi, istəyi hər dəfə ya unudulur, ya da heçə sayılır.

Qurbanov hələ çox səbrli və böyük əxlaq yiyəsidir ki, dəfələrlə verilən bu tip suallara təmkinlə cavab verir. Hələki... Amma nə vaxta kimi?

Səbrin də bir həddi var axı...

XANOĞLAN İMANOV

Xəbər Lenti