Kimdir qorxaq və qürursuz - Millinin futbolçuları, yoxsa..?

7 Aprel 2022 21:20 Köşə 1 437
Kimdir qorxaq və qürursuz - Millinin futbolçuları, yoxsa..?

"Komandada xarakter problemi var.

Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən".

Bu sözlər Azərbaycan millisinin baş məşqçisi Canni De Byaziyə məxsusdur. İtaliya mətbuatına açıqlamasından qısa çıxarışdır. Yox, öz ölkəsinin millisindən və ya başqa bir komandanın çıxışından söhbət getmir.

O, öz çalışdırdığı Azərbaycan millisindəki yetirmələri haqqında bu qədər bədbin, çarəsiz, aşağılayıcı tonda danışıb.

Ay De Byazi, bu fikirləri, iddiaları dilinə gətirəndə ordakı bir çox futbolçudan utanmadınmı?

Axı sənin xarakter, qurur və qətiyyət yoxluğu ilə günahlandırdığın futbolçular arasında illərdi Avropada tarix yazan Qara Qarayev, Maksim Medvedev, Bədavi Hüseynov, Riçard Almeyda, Abbas Hüseynov, Toral Bayramov, Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev, Filip Ozobiç kimi simalar var. Ki, sadaladığın dəyərləri itirən futbolçular Çempionlar Liqasına, Avropa Liqasına kimi gedə bilməz!

Bunu da qoyduq bir kənara.

Bəs xaraktersiz, qətiyyətsiz, qurursuz dediyin futbolçuların önünə sabah hansı üzlə çıxacaqsan? Hansı üzlə onlardan nəticə, qələbə(lər) tələb edəcəksən?

Amma sizlərdə belə üz nə qədər desən var. Bircə üzrdən başqa...

Yəqin ki, növbəti dəfə "mən elə söz deməmişəm, italiya mətbuatı səhv tərcümə edib" tipli saxta arqumentlə qəlbində qurursuz kimi tanıdığın futbolçuların önünə qayıdacaqsan. (Yazı qələmə alınanda bu məzmunda açıqlama hələ verilməmişdi)

Amma əmin ol ki, onlar da səni qürursuz kimi tanıyır. Burada pula görə gününü keçirdiyin, pula görə sistemə susduğun, pula görə rəhbərliyə qul olduğun üçün...

XANOĞLAN İMANOV

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"