Futbolumuzun xilası üçün bu MƏXLUQun maskasını kim yırtacaq, kim tanıdacaq?

26 Mart 2022 12:40 Köşə 1 073
Futbolumuzun xilası üçün bu MƏXLUQun maskasını kim yırtacaq, kim tanıdacaq?

Utanmaqdan keçib ta!

Zövq almalıyıq. Məğlubiyyətin həzzi bir başqadır.

Sağ olsun AFFA, milləti artıq uzun illərdir buna alışdırmağa çalışır. 30 il ərzində çox cəhd göstəriblər, istəsək də, istəməsək də, öyrəşmişik.

Cırtdan? Hə, bu yarlıq futbolda bizə yaraşır və yapışır. Lüksemburq, Malta, Farer adaları… Bunlar sözdə «cırtdan»dır, xəritə üzərində «cırtdan»dır.

Futbolda Avropanın «cırtdan»ı Azərbaycandır.

Futbolumuzn «plintus»un altındadır. Oradan masanı döyəcləyirik. Salam, necəsiz, oralarda nə var, nə yox?

Allah bəlasını versin! Futbolu bu vəziyyətə salanların, ondan yalnız öz şəxsi çıxarları üçün istifadə edənlərin!

Ta Qalidə meydana çıxan komanda AFFA-nın komandası idi. Azərbaycanla heç bir əlaqəsi, bağlılığı olmayan bir komanda.

Hər millətdən birini milliləşdirib ortalığa çıxarılan komanda bizim ola bilməz.

Bizim komanda, bizim KOMANDİR Azərbaycan xalqının nəyə qadir olduğunu 44 günlük Qarabağ savaşında bütün dünyaya sərgilədi.

Bu xalqın, bu millətin övladı gerçək gücünü, həqiqi potensialını Vətən Müharibəsində ogünlərdə gözlər önünə sərdi.

Belə qüdrətli KOMANDİRi, belə mərd övladları olan ölkə futbolda bu cür kiçilməz, «cırtdan»laşmaz. Onu bura qatmayın, qarışdırmayın.

Maltada futbolumuz adına növbəti rəzaləti Azərbaycana yaşadanlar, buna baiskarlar bizdən deyil, bizim ola bilməz, bizimki ola bilməz!

Qarabağ savaşını qazanan ölkənin idmanda əldə edə biləcəyi uğurların miqyası sərhəd tanımaz. Təsəvvür etmək belə, çətindir! Nələrə imza ata biləcəyimizi.

Dövlətimizin, xalqımızın potensialı, gücü, qüdrəti o qədər böyükdür ki… Belə dövlətin, belə xalqın bir futbola görə bütün dünyaya aciz görünməsi, göstərilməsi bağışlanmaz günahdır.

Ona səbəbkar olanlar indi tapılıb üzə çıxarılmasa (əslində, kimlikləri bəllidir), bu məğlubiyyətlər hələ uzun illər futbolumuzun səhifələrini qaraldacaq, utandıracaq.

100 belə məğlubiyyəti alışıq hala gətirənlər 101-i də ötürər, 102-ni də, 103-ü də. Sonsuza, daha doğrusu, yaxaları ələ keçənə kimi.

O gün nə vaxt olacaq? Ümumiyyətlə, o gün gələcəkmi? Gəlsə də, biz onu görəcəkmi? Ümidim get-gedə yox, sürətlə azalır.

Nağıllara o vaxt inanardıq. Reallıq bir başqadır və müşahidələrim düşünməyə əsas verir ki, bu BƏLAdan qurtulmağımız uzun zaman alacaq, bəlkə də o gün heç gəlməyəcək.

30 yaşlı AFFA-nın son 14-15 ilini «mənimsəyən» MƏXLUQun əli çox uzundur, demək olar hər yerə çatır. Ona dəstək verən çevrələrin, mümkündür ki, heç də hamısı əsl gerçəyi bilməsin, bu MƏXLUQun əməllərindən bixəbər olsun.

«Burada mənlik nə var ki…» deyib, yeri gələndə boyununu bükən bu MƏXLUQun yazıq görkəmi KİM(lərisə) aldadır, inandırır.

Maskasının yırtılması tək çıxış yoludur.

Sual da budur: kim yırtacaq, kim tanıdacaq?

Mən? Yox!

Sən? Yox!

O? bəli! Yalnız və yalnız O…

Xəzər Hikmət

Xəbər Lenti