Qurban Qurbanov millidə qalsaydı, AÇ və DÇ görə bilərdikmi?

25 Mart 2022 13:40 Köşə 1 004
Qurban Qurbanov millidə qalsaydı, AÇ və DÇ görə bilərdikmi?

2 milyon əhalisi olan Makedoniya 4 qat dünya, sonuncu Avropa çempionu İtaliyanı səfərdə məğlub edib ‘final’a vəsiqə qazandı.

Makedoniya e...

Vaxt vardı Azərbaycan klublarına Makedoniya millisinin futbolçularını təklif edəndə ağız büzərdik(bunu ona görə yazıram ki, makedonların hazırki heyəti səbəb göstərilməsin)

Amma həmin 2 milyonluq ölkə Avropa çempionatının ardından Mundialın da 1 addımlığındadı..

Demək ki, mümkündü. Hər şey mümkündü..Sadəcə, bunu İSTƏMƏK lazımdı.

Necə? Çox sadə misal: Makedonları Avropa çempionatına çıxaran İqor Angelovski hansısa əcnəbi, ‘ünlü-ütülü’ mütəxəssis deyildi.

Eləcə də cari çalışdırıcısı Milevski də u-21-dən gələn yerli məşqçidi..

Və nəticə davam edir. Nəticə hardan gəlir: SİSTEMli çalışmaqdan..

Bizdə niyə yoxdu o SİSTEMdən?

Çox sadə - Dövlətin məhz o SİSTEM üçün ayırdığı milyonları ‘ünlü-ütülü’, pafoslu əcnəbilərə yedizdirməklə bizdə futbol(çu) yoxdu arxasında gizlənməklə..

Bizdə futbol(çu) var.. Bunu "Qarabağ", "Neftçi", "Qəbələ’" göstərib..

Cəmi 1 dəfə ‘gizləndiyimiz’ pərdənin arxasından çıxmağa məcbur edildik: Qurban Qurbanova şans verdik, onda da..

Angelovski Makedoniya millisinə 2015-də təyinat almışdı, 5 (!) il sonra millini Avropa çempionatına çıxardı.

Angelovski (eləcə də Milevski) nə məşqçi, nə də məşqçi uğurları vardı. Amma futbol başbilənləri istədilər və inandılar. 5 il sonra istək nəticəylə taclandı..
Bizdə necə oldu?

8 dəfə qrup mərhələsinə çıxmaqla SİSTEMİN Möcüzəsini göstərən Qurban Qurbanova 6 illik SİSTEM şansı (əslində imitasiya) ‘verib’ 1 il uğursuzluğunu ‘sıxıb’ ilk məğlubiyyətini gözləyib yola saldıq..

Qurban Qurbanov millidə qalsaydı AÇ və DÇ görə bilərdikmi? Sualdı-məchuldu..

Amma makedonların əcnəbilərə verməyə milyonları olmadığı üçün SİSTEMİ seçdilər. Nəticə də aldılar.

Bizim isə pulumuz, futbolçu potensialı (əhali 2milyon>10milyon), sistemi-stabilliyi bilən mütəxəssisimiz olsa da uğur(suzluğ)a ‘vaxt’mız olmadı..

Nurlan İbrahimov

Xəbər Lenti