“Qarabağ” bu gün onların ruhunu şad edəcək

24 Fevral 2022 18:00 Köşə 3 438
“Qarabağ” bu gün onların ruhunu şad edəcək

Bu gün saat 21:45-dən etibarən Azərbaycan futbol ictimaiyyətinin ürəyi “Qarabağ”la döyünəcək.

“Marsel” kimi Avropanın nəhəng komandalarından birinin Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxması dünya şöhrətli rəhmətlik hakimimizin ruhunu şad edəcək.

Tək onunmu? Xeyr!

Həm də “Qarabağ”ın şəhid futbolçusu Allahverdi Bağırovun, klubun ilk prezidenti Adil Nadirovun, “İmarət”in şəhid üzvü Məhəmmədəli İbrahimlinin, “Qarabağ”ın şəhid fanatı Səid Rəşidzadənin və Vətən Müharibəsində canından keçmiş neçə-neçə Azərbaycan oğlunun.

Bu gün həm də Fransanın, Fransada yaşayan ermənilərin gözü və qulağı Bakıda olacaq. “Qarabağ”ın Avropada meydana çıxdığı oyunlarda hər cür təxribata əl atan nankor qonşularımızın əli bu dəfə heç nəyə çatmayacaq.

Bu gün “Qarabağ”ın adının önündə Ağdam adını görüb, dərindən köks ötürəcəklər.

Təxribat, düşmənçilik, göz götürməmək – bu və digər çirkin əməllər dığaların adına yaraşacaq dərəcədə iyrəncdir. Onsuz da əllərindən yaxşı heç nə gəlmir.

Biz azərbaycanlıların əlindən gələn və bacardığımız isə üzbəüz müharibə edib torpaqları qaytarmaq idi ki, bunu da bacardıq. İndi növbədə “Marsel”lə futbol müharibəsinə bərabər mübarizədir.

Ümid edirik ki, bu savaşdan da ağdamlılar qalib ayrılaraq düşmən ölkənin ürəyinə od qoyacaq və “Qarabağ” adının hansı məna daşıdığını Avropada bir daha sübut edəcək.

Hətta məğlub olsalar belə, yenə də qalib kimi qarşılanacaqlar. Çünki bu komanda könüllərin qalibidir.

Uğur olsun, “Qarabağ”!

HƏBİB

Xəbər Lenti