Utanmasan oynamağa nə var ki, ay Milan...

24 Yanvar 2022 16:00 Köşə 1 665
Utanmasan oynamağa nə var ki, ay Milan...

Milan Obradoviç Azərbaycan U-21 millisinə 2019-cu ildə təyin olunub.

Arxada qalan 3 ildə gənclər millisi onun rəhbərliyi altında 16 rəsmi matça çıxıb.

Bu qarşılaşmalardan nə az, nə çox 13-də məğlubiyyət almışıq. Top fərqindəki mənzərə isə biabırçılıqdır - 37:9

Ən ağır olanı isə Lixtenşteyn gəncləri ilə belə bacara bilməməyimizdir. Bir qolla uduzduğumuz görüş "cırtdanlar"ın tarixinə ilk qələbə kimi düşüb.

Biri bərabərlik olmaqla 3 oyunda xal qazanmaq serbiyalı mütəxəssisə müəssər olub. İki qələbədən biri həmin fiasko qazandığımız Lixtenşteyn üzərində (1-0) olubsa, digəri Slovakiya U21-i üzərində qazanılıb.

Rəqibin azlıqda çıxış etdiyi Finladiya ilə qarşılaşmada isə qələbəni əldən vermişik - (1:1).

Normalda belə nəticələrə sahib əcnəbi mütəxəssis istefa ərizəsini yazıb, getməliydi. Özünə hörmət etsəydi.

Amma bizim Milan mətbuata açıqlamasında hər şeydən razı olduğunu dilə gətirib. Azərbaycan millisinin onun üçün sınaq meydanı olmasını isə açıqca etiraf edib.

Sitat: "Serbiya millisindən ayrıldıqdan sonra 2018-ci ilin qışında AFFA nümayəndələri ilə görüşdüm. Məni gənclər komandasının başında görmək istədiklərini söylədilər. Bu, mənim üçün böyük sınaq idi.

Serbiyanın U-17 və U-19 komandalarına rəhbərlik etmişəm, əsas millidə köməkçi kimi çalışmışam. Özümü sınamaq və yeni səviyyəyə keçməyə nə qədər hazır olduğumu görmək istədim.

İndi də deyə bilərəm ki, bu düzgün addım idi. Üç il ərzində 12 futbolçu U-21-dən əsas yığmaya keçid edib. Mən hər şeydən razıyam. Azərbaycanda işləmək mənim üçün asan və xoşdur".

Belə yerdə yaxşı deyiblər, utanmasan oynamağa nə var ki...

XANOĞLAN

Xəbər Lenti