Lüksemburqu önünüzə qoyun, Banişevskini xatırlayın və utanın!

12 Noyabr 2021 21:20 Köşə 1 420
Lüksemburqu önünüzə qoyun, Banişevskini xatırlayın və utanın!

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin sonuncu görüşünü də məğlubiyyətlə başa vurdu. Bakıda qarşılaşdığımız Lüksemburq millisindən 1-3 hesablı məğlubiyyət aldıq.

Buna təəccübləndikmi? Əsla!

Niyə və nəyə təəccüblənək?

Həmin Lüksemburqdu öz evində də kitabımızı qoltuğumuza verib, vətənə yola salmışdı.

Həmin Lüksemburqdu da illər əvvəl rəqib olduqlarını biləndə sevinərdik, xal(lar)ı "əlimiz"də, "cibimiz"də bilərdik.

İndi bu rəqiblə də düşəndə sevinmirik. Çünki indi xal(lar)ı nəinki "cibimiz"də bilirik, heç buna ümid etmirik. Ən yaxşı halda Azər Salahlının vurduğu təsəlli qoluna uşaq kimi sevinirik. Bu Lüksemburq artıq o Lüksemburq deyil.

Bilirsinizmi ki, bu Lüksemburq niyə o Lüksemburq deyil? O deyəndə 10 il və ya 20 il əvvəli nəzərədə tutmuram haa, söhbət son 3-5 ildən gedir.

Qısa müddətdə, gözümüzün önündə "kiçik" Lüksemburqun bu qədər böyüməsi düzgün yolun, böyük istəyin nəticəsidir. Sübut etdilər ki, düzgün iş qurulsa, hətta futbol ənənəsinin "ə"si də olmayan cırtdan bir ölkədə belə çox şeyə nail olmaq olar.

Bizim isə nə ölkəmiz cırtdandı, nə də futbolumuz. Anatoli Banişevski kimi əfsanəsi olan ölkənin belə millisinin olması ayıbdır. Vallah-billah ayıbdır!

AFFA-da oturan səlahiyyət sahibləri, əgər utanmaq hissiniz varsa, qalıbsa, utanın. Lüksemburqu önünüzə qoyun, Banişevskini xatırlayın və utanın!

Xanoğlan İmanov

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"