Qurban Qurbanovdan halallıq alın, zillətdən qurtulun!

12 Noyabr 2021 14:40 Köşə 2 012
Qurban Qurbanovdan halallıq alın, zillətdən qurtulun!

Daha bir seçmə mərhələ bizim üçün geridə qaldı.

DÇ-2022-nin «ələmələr»ind də cəmi 1 xal qazana bildik.

İrlandlar Dublində bir az ciddi olsaydı, heç bu 1 xalı da əldə etməyəcəkdik.

Avro-2020-nin ilkin mərhələsində də xal xanamızda cəmi 1 var idi.

AFFA ondan əvvəl Qurban Qurbanovun müqaviləsinə birtərəfli xilam verdl ki, komanda Millətlər Liqasının D Divizionunda zəif çıxış edib, qrup ikincisi olmayıb.

Nədir, nədir, pley-off mərhələsinə vəsiqə gəlmədi. Kişinin oğlu 9 xal toplamışdı ey! Buna da baxmadılar, «torba»sını tikib, getdilər «ağ atlı oğlan»ı özgə qapılarında, yad ellərdə axtardılar.

Ömründə baş məşqçi olmayan, Slavan Biliçin yön-yörəsində fırlanan, həmyerlisinin hesabına yeyib-içən Nikola Yurçeviçi tapıb gətirdilər. Sonra da Canni De Byazini.

Yəqin ki, italyanın ardınca bir başqa əcnəbini Bakıya dəvət edəcək, şəhəri gəzdirəcək, İçərişəhərin qala divarlarının dibində kabab qonaqlığı verəcək, bəhlə-bəhlə millinin sükanı arxasıında əyləşdirəcəklər. Lazım olsa,

Ərəbistan yarımadasından kəcavə sifariş etdirəcəklər. Ki, demə, axtardığımız bu idi, onu da tapdıq və gətirdik.

Həmin vaxt mətbuatdakı bəzi «sifariş beçələri»nə də əmr verəcəklər ki, nə dayanmısız, gözünüzü döyməyin, di, başlayın hərifi tərifləməyə.

Buyruq qulu olan bu məxluqlar da «gedənə təpik, gələnə çəpik» ənənəsinə sadiqliyini göstərmək üçün AFFA-ya yarınacaq.

Xeyri yoxdur, ey! Yoxdur, xeyri. Gələn getsin, gedən gəlsin, yenə heç nə alınmayacaq.

2018-ci ildə Qurban Qurbanovun ayağının altını qazan AFFA mənsubları indi ayağına düşüb yalvarmalıdır onun.

Əlindən, ətəyindən yapışmalıdır, xahiş etməlidir ki, bir səhv idi, yol vermişdik, bağışla bizi, qayıt gəl. Deməlidirlər ki, sən necə istəyirsən, elə də olsun, eybi yox, iki yerdə çalışmağa davam elə, təki, millinin başında dayanmağa razılaş.

Vallah, ciddi sözümdür, zarafat-zad eləmirəm. AFFA-nı idarə edənlərin hələ uzun müddət vəzifədə qalmalarının, ictimai təzyiqi üzərlərindən atmalarının yeganə yolunu mən göstərdim. Xilasın başqa alternativ vasitəsi qalmayıb.

Qurban Qurbanovun haqqına giriblər. O dönəmdə üstünə şər atanlar da olub, ləkələmək istəyiblər, alınmayıb.

Yapışmayıb ona.

Tanrı insaflı və vicdanlı insanların vasitəsilə Qurbanovu qoruması altına alıb, böhtançıların bütün hiylələri, məkrləri daşa dəyib qayıdıb.

Qurbanov saman altından su yeridənlərə halallıq verməyib. Bərəkət də halallıq olmayan yerdən qaçar həmişə.

O 1 xal, bu 1 xal… Artım olmayacaq, ardı gələcək.

Xəzər Hikmət

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!