Belə də davam elə, Mahir Emreli

6 Noyabr 2021 23:00 Köşə 2 879
Belə də davam elə, Mahir Emreli

Mahir Emreli "Napoli" ilə matça kimi "Legiya" formasında sonuncu qolunu elə həmin Avropa Liqasının qrup mərhələsində "Lester"ə vurmuşdu.

Onda sonra baş tutan 5 qarşılaşmada həmyerlimiz fərqlənə bilmirdi. Qol vurmasa da Mahir həmin görüşlərdə də xüsusi fəallığı ilə seçilməyi bacarırdı. Sadəcə bəxti gətirmirdi. Son 5 oyunda vurduğu zərbələrdən ən azı dördünün dirəkdən dönməsi sözümüzün sübutu ola bilər.

Mahirin şanssızlığı fonunda həm də "Legiya" uğursuz nəticələr göstərirdi. Bu müddətdə baş tutan 5 oyunun hamısında məğlubiyyət qeydə alınmışdı.

Arxada qalan bir ayda Polşa mətbuatı, yerli azarkeşlər elə təəssurat yaratmağa çalışdılar ki, sanki bütün uğursuzluqların günahkarı Mahir Emrelidir. Ki, o, qol vura bilmir.

Bu cür qərəzli yanaşmanın, edilən tənqidlərin ən gözəl cavabını meydanda vermək lazım idi. 24 yaşlı hücumçumuz da bunu ən yaxşı formada bacardı.

Avropa Liqasının qrup mərhələsində İtaliya nəhəngi "Napoli" ilə görüşdə Mahir vurduğu əla qolla komandasını hesabda irəli çıxardı. Amma onun komanda yoldaşları 3 xal qazanmaq üçün yaranmış real şansı qapılarından 4 qol buraxmaqla əldən qaçırdılar.

Əslində isə həm də özləri bilmədən, istəmədən bütün "Legiya"lıları agah etmiş oldu ki, problem təkcə Mahirdə deyil. O, qol vursa da biz yenə uğurlu olmağı bacarmadıq.

Klub istəyinə çatmasa da Mahirin öz istəyinə çatdığını deyə bilərik. Hər halda komandası məğlubiyyət yaşasa da, Mahir vurduğu qolla üzərindəki təzyiqləri azaltmaqla bərabər, həm də xarici skautların fikirini yenidən özünə cəlb edə bildi. Bizim üçün əsas olan da elə budur. Belə də davam elə, Mahir Emreli.

Xanoğlan İmanov

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!