“Qarabağ”ın qələbə, Oqanesyanın dəfn günü

4 Noyabr 2021 17:00 Köşə 1 681
“Qarabağ”ın qələbə, Oqanesyanın dəfn günü

“Qarabağ” növbəti çətin sınaq qarşısındadır.

Avropa Konfrans Liqasının qrupundan növbəti mərhələyə yüksəlməyi hədəfləyən “köhlən atlar” bunun üçün “Kayrat”ı Almatıda da məğlub etməlidir.

İki həftə öncə Bakıda hesabda geri olmalarına rəğmən bunu bacaranlar bu dəfə də eyni həvəslə alışıb-yanır. Meydan sahiblərini meydanı üzgün tərk etməyə məcbur edirsən, vəssalam, pley-ofa vəsiqə cibindədir.

Şaxtalı hava, “Kayrat”ın Almatıdakı görüşlərdə inamlı görünməsi, Bakıda oynamayan aparıcı futbolçuların bu dəfə mübarizəyə qoşulması, Kurban Berdıyev amili, rəqib üçün sonuncu şans olması – bu və sadalamağa unutduğum bir çox amillər “xalq komandası”nın xeyrinə işləyəcək.

Əlbəttə, “Qarabağ”ın uduzması dünyanın sonu sayılmır. Həmişə udası deyil ki. Amma bu dəfə heç bir halda uduzmaq olmaz!

Rəqibin heyətində Oqanesyan soyadının olmasının “Qarabağ”lılar üçün nə demək olduğunu izah etmək artıqdır.

Hər biri yaxşı dərk edir ki, oyun saatında tribunalarda və mavi ekranlar qarşısında onminlərlə oqanesyanlar əyləşəcək.

Onları “Kayrat”ın uğuru yox, məhz “Qarabağ”ın məğlubiyyəti maraqlandıracaq. Axı, bu addan yanıqlıdırlar. A

xı, bu ad arzuladıqları, lakin heç cür əldə edə bilmədikləri Azərbaycan torpağıdır.

Axı, bu ad illərdir Avropada “at oynadan” komandanın qarşısına Azərbaycan adını həkk edib ermənilərin ürəyinə dağ qoyan kluba məxsusdur.

Təkrar edirəm, mənə görə “Qarabağ”ın özündən zəif rəqiblərə məğlub olması faciə deyil. Amma heç bir halda erməninin “Qarabağ” üzərində qələbəyə sevinməsinə imkan vermək olmaz!

Bu matçda qalib gəlin, “Omoniya” ilə “Bazel”ə uduzsaz da olar. İnanın, “Kayrat” üzərindəki qələbədən sonrakı mümkün yenilgilərin dadı o qədər şirin olacaq ki...

Mərd oğullarımız ötən ilin bu çağında minlərlə Oqanesyanın başını Vətən Müharibəsində əzib, torpağa gömmüşdü. Bu axşam Almatıda Kamo Oqanesyanın dəfn günü olmalıdır.

HƏBİB

Xəbər Lenti