Belə Azərbaycan derbisi olmur, bəylər!

30 Oktyabr 2021 16:40 Köşə 1 623
Belə Azərbaycan derbisi olmur, bəylər!

Bu gün Azərbaycan derbisi var.

Müstəqillik tarixinin bütün ölkə çempionatlarında iştirak edən iki komandası - "Qarabağ" və "Neftçi" üz-üzə gələcək.

Bir tərəfdə ötən mövsüm 9-cu dəfə çempion olan "Neftçi", digər tərəfdə ötən mövsümə kimi ardıcıl 7 dəfə, ümumilikdə isə 8 çempionluq sevinci yaşayan "Qarabağ" var.

Bir tərəfdə ölkə futbolunun ən yaxşı və ən titullu mütəxəssisi Qurban Qurbanov varsa, digər tərəfdə bu uğurlara ac olan və ilk titulunu ötən mövsüm "Neftçi"nin çempionluğu ilə qazanan perespektivli gənc mütəxəssisimiz Samir Abasov var.

Bir tərəfdə Abdullah Zubir, Patrik Andrade, Kadi Borges kimi üstalar varsa, digər tərəfdə bu statusu daşıyan Sabir Buqrun, Emin Mahmudov, Mamadu Kane kimi adlar var.

Amma...

Oyun öncəsi bu qədər tarixi matçdan vacib açıqlamalar verən sabiq futbolçu yoxdur!

Hər iki tərəfin çalışdırıcısı da danışmamaq yolunu seçdi.

Adını sadaladığım usta adlar daxil bütün komandaya "susmaq" tapşırığı verildi.

Mətbuatın işi belə oyunlara rəng qatmaqdır. Açıqlamalar almaq, reportajlar hazırlamaq və.s

Bəs kimlə(rlə)?

Hər iki tərəfin də uğur qazanmaq istəyini başa düşdük. Bəs azarkeş? Bəs futbol ictimaiyyəti? Az da olsa onları da düşünmək lazımdır, ya yox?

Derbi həyəcan, ajotaj, gərginlik saçmalıdır. Oyundan günlər əvvəl, oyun günü və hətta günlər sonra.

Amma bizdə sanki derbi susmaq deməkdir. Susqunluq əlamətidir.

Vallah-billah belə derbi olmur, bəylər!

Xanoğlan İmanov

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"