AFFA-dakıların dəhşətli qorxusu - Belə vecsiz kadrlara görə...

19 Oktyabr 2021 14:40 Köşə 1 657
AFFA-dakıların dəhşətli qorxusu - Belə vecsiz kadrlara görə...

Azərbaycan futbolu ətrafında halqa daralır.

Artıq cəmiyyətin elə bir təbəqəsi yoxdur ki, futboldakı durumu müzakirə etməsin.

Mətbuat, ictimai fəallar, millət vəkilləri, sadə azarkeşlər. Müzakirələrin formalaşdırdığı qənaət isə belədir: AFFA-da idarəçilər dəyişməlidir.

Qınağın qəzəb həddi

Yığma komandanın seçmə mərhələdəki biabırçı nəticəsindən sonra ictimai qınaq ən yüksək həddədir. AFFA-nın sosial şəbəkə hesablarındakı paylaşımlara yazılan şərhləri oxuduqca, ictimai qınağın, hətta qəzəb həddinə çatdığı da hiss olunur. AFFA rəsmilərinin əlacı olsa, sosial şəbəkə hesablarını bağlayardılar.

Bəs niyə alınmasın?

Təbii, cəmiyyətin belə təpkisi, əvvəl-axır dəyişikliyi labüd edir. Amma bu dəyişiklik necə olmalıdır? Məntiq onu deyir ki, ictimai qınağın qəzəb həddinə yüksəldiyini görən AFFA rəhbərləri istefa verməlidirlər. Əslində AFFA-nın fəaliyyətinə dövlət qurumları müdaxilə edə bilməzlər. Məsələn, sabah AFFA-da qara maskalılar peyda olsa, FİFA və UEFA tumanını başına çəkəcək. Ona görə də indiki halda AFFA rəsmilərini könüllü istefaya getməyə vadar etməkdir. Və bu proses başlayıb. İlk etapda mətbuat, ictimai fəallar, millət vəkilləri təzyiq göstərir. Alınmasa... Bəs niyə alınmasın? Hətta uşağa da aydındır ki, bundan sonrakı təzyiqin ranqı hansı səviyyədə olacaq. Elə isə AFFA rəsmilərini bu danlaqları, hətta bəzən təhqirləri qəbul etməyə, qüruru ayaq altına atmağa nə vadar edir? Qorxu! Həbs qorxusu qürur anlayışını yaxına da buraxmır.

“Allaha təvəkkül” deyib...
Bütün fəaliyyətləri dövründə o qədər maxinasiyalar ediblər ki... Və bəlli olur ki, etdiklərinə görə cavab verəcəklər. AFFA rəhbərliyi istefa versə, yeni gələnlər qurumda törədilən maxinasiyalarıən üstünü açacaq, dövlətin havaya sovrulmuş vəsaitinin bədəlini tələb edəcəklər. Hansı hesabatı verəcəklər? Milyardlar xərclənib, amma ortada heç nə yoxdur. Deməli, yol əvvəl-axır həbsxanaya aparır. Amma könüllü istefa bu yolu xeyli yaxınlaşdırır. “Allaha təvəkkül” deyib, daha zırıltı təzyiqlər başlayana qədər azadlıqda qalmaqdan kim imtina edər? Bax, AFFA rəsmilərinin istefaya getməməyinin əsl səbəbi budur – həbs qorxusu.

Belə vecsiz kadrlara görə...
Hətta məlumat gəlir ki, AFFA rəhbərləri uşaq futboluna məsul olan şəxsləri qurban verməklə, ictimai fikri azdırmaq planı da qurublar. Amma uşaq futbolunun inkişafına cavabdeh olan şəxs – marketoloq bu plana qarşı çıxıb. Bildirib ki, hər şeyi özünüz mənimsəyibsiniz, mənə isə qəpik-quruş çatıb, qurban verilsəm, bütün maxinasiyalarınızı faş edəcəyəm.

Marketoloqun bu hədəsindən sonra AFFA rəsmiləri geri çəkilməli olublar. Hazırda isə yuxarı dairələrə “yol tapmaq” üçün iş gedir. Amma görünən odur ki, ictimai qınağın ən yüksək həddə çatması yuxarı dairələri AFFA rəhbərlərini himayə etməkdən çəkindirəcək. Əks təqdirdə, ictimai qınaq elə onların özünə qarşı yönələ bilər. Belə vecsiz kadrlara görə buna dəyərmi?

Natiq Muxtarlı

Xəbər Lenti