Emin Mahmudov olmasaydı...

13 Oktyabr 2021 16:00 Köşə 956
Emin Mahmudov olmasaydı...

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində dünən növbəti matçını keçirdi.

Belqradda Serbiyanın qonağı olan komandamız növbəti dəfə məğlubiyyət yaşadı

Bununla da qrupda 7-ci görüşünə çıxan milli 6-cı məğlubiyyətini almış oldu.

Məğlubiyyətlər bir kənara De Byazinin komandası bir qol da vura bilməyib. Bəli, onun komandası...

Bilirəm, deyəcəksiniz bəs vurduğumuz 4 qol?

O qolların heç biri komandanın hücumunun, taktikasının, nə də hazırlığının bəhrəsi deyil.

Dördü də konkret olaraq Emin Mahmudovun zəhmətinin qarşılığıdır. Gah günlərlə, aylarla məşqlərdə üzərində çalışdığı cərimə zərbəsindən fərqlənib, gah da son nəfəsinə kimi qaçaraq, döyüşərək rəqibdən "oğurladığı" topu qola çevirib. Eynən dünən serblərə vurduğu qol kimi.

Görəsən, Mahmudov olmasa, bu millinin halı necə olardı?

Məsələn, birini mən deyim, nə İrlandiyada 1 xal qazanardıq, nə də o xala görə kimlərinsə cibi mükafatla dolardı. Qalanını da özünüz düşünün...

Xanoğlan İmanov

Xəbər Lenti