Qurban Qurbanov buna görəmi millidən göndərilmişdi? - ŞOK FAKT!

10 Oktyabr 2021 21:00 Köşə 3 145
Qurban Qurbanov buna görəmi millidən göndərilmişdi? - ŞOK FAKT!

2017-ci ildə böyük ümidlərlə Azərbaycan millisinə baş məşqçi gətirilən Qurban Qurbanov heç bir il çəkmədi yola salındı.

Daha da dəqiqləşdirsək federasiya bunun üçün nə lazımdırsa etdi.

Halbuki Qurbanovla işin başında 6 illik razılıq əldə olunmuşdu. AFFA müqavilədə göstərilən 6 ilin heç yarısına da dözmədi.

Millətlər Liqasının qrup mərhələsində 6 oyuna yığılan 9 xal və qrup ikinciliyi uğursuzluq kimi qələmə verildi. Qurbanov milli komandaya cəmi 11 ay əvvəl gəlmişdi...

Detallara varmırıq. Zatən ölkə futbolunu azacıq bilən insaflı hər kəs hər şeydən məlumatlıdır.

Qurbanovdan sonra əsas milli komandamız xorvatiyalı Nikola Yurçeviçə tapşırıldı. Onun rəhbərliyi altında 8 rəsmi görüşə çıxan millimiz qələbə üzünə həsrət qaldı. Yalnız bir matçda heçə-heçə qeydə alındı.

İstefaya göndərilən Yurçeviçdən sonra baş məşqçi kreslosu italiyalı Canni De Byaziyə həvalə olundu. Böyük çoşğu ilə başa keçirilən italiyan ilk sınağında - Millətlər Liqasında uğursuzluq yaşadı.

Onun hazırladığı milli qrup mərhələsini 6 xalla qrup üçüncüsü kimi başa vurdu. Amma Qurbanovdan fərqli olaraq De Byaziyə toxunulmadı. Hələ təzədir, zamana ehtiyacı var deyildi. Qurbanovdan fərqli olaraq...

De Byazinin ikinci sınağı DÇ-2022-nin seçmə mərhələsi oldu. Buradakı nəticələr daha acınacaqlıdır - 6 oyuna 1 xal!

Ümumiyyətlə isə milli komandamız Qurban Qurbanovdan sonra Nikola Yurçeviç və Canni De Byazinin rəhbərliyi altında meydana çıxdığı 20 rəsmi matçda cəmi 1 qələbə qazana bilib.

Maraqlıdır, bunun üçünmü ölkənin bir nömrəli baş məşqçisi bir nömrəli komandasından göndərilmişdi?

Xanoğlan İmanov

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!