"Qarabağ"da hər şey ideal deyil… "Şah"ın ört-basdır etdiyi problem

22 Sentyabr 2021 10:40 Köşə 2 727
"Qarabağ"da hər şey ideal deyil… "Şah"ın ört-basdır etdiyi problem

«Qarabağ» Konfrans Liqasıının qrup mərhələsinə əla oyunla start verdi.

Futbol mənasında hər şey çox gözəl idi: sürətli, düşünülmüş taktiki gedişlər, mübarizə əzmi, əvvəldən-axıra tempi saxlamaq – bunları gördük.

Görmədiyimiz bircə qol oldu və o da var ki, Ramil Şeydayev son dəqiqələrdə yaxın məsafədən topu başla qapıçının üstünə vurmasaydı, biz indi hər şeyin super alınmasından danışacaqdıq.

Hardasa bir az eyforiya yaranıb sanki. Hələ ilk tur arxada qalıb, əksəriyyət artıq pley-off mərhələsindən söz edir, «uzaqvuran» proqnozlar verir. Bax, bu, təhlükəlidir artıq.

Aydındır ki, «Qarabağ»ın futbolçuları mediaya, sosial şəbəkələrə münasibətlə aktivdir. Hər yeri ələk-vələk edir, hər şeyi oxuyurlar. Və o da bəllidir ki, bütün bunlar onları öz təsiri altına alır, rahatladır, arxayınlaşdırır.

Oxşar mənzərə «Neftçi»nin «Dinamo» ilə oyunlarından sonra da yaranmışdı.

Bakılılar Tbilisidən olan rəqibini Çempionlar Liqasının ilkin mərhələsindən uzaqlaşdırınca, bir çox mətbu orqanları elə şahə qalxdı, elə təriflər yağdırdı, elə şişirtmə etdi ki, buna Samir Abasov da, futbolçulları da inandı.

Sonrakı gedişatı bəllidir: «Neftçi» uduza-uduza qitənin ən mötəbər klub turnirindən üçüncü dərəcəli Konfrans Liqa endi, burada isə avrokuboklara «əlvida» dedi.

«Qarabağ» da bu təhlükədən sığortalanmayıb. Doğrudur, Qurban Qurbanov yeni transferlərlə komandanın ruhunu xeyli özünə qaytarıb, oyun planında müəyyən dəyişikliyə gedib, canlanma yaranıb, lakin deməyim odur ki, 1 oyuna görə vəziyyəti «full» kimi təqdim etməyə dəyməz.

Çatışmzlıqları gözdən qaçırmaq, görməzdən gəlmək olmaz. Öncəliklə müdafiədə yol verilən səhvləri. Müdafiə xətti arxaya atılan toplarda zəif qalır, boşluqlar buraxır.

«Aşdod»lai lk oyundan etibarən bu problem özünü göstərir və hələ də həllini tapmayıb. Şahruddin Məhəmmədəliyev əla formadadıır və yenə sabit çıxış edir.

«Qarabağ» cari mövsüm avrokuboklarda cəmi 2 qola üzülüb və bunlar səfər oyunlarında qeydə alıınıb. O da maraqlıdırı ki, Ağdam klubu AEL və «Aberden»lə matçlarda məhz penalti epizodlarından qapısıında qol görüb.

Lakin bu, belə fikir formalaşdırmasın ki, müdafiə zonası ideala yaxın təşkil olunub.

«Qarabağ»ın cərimə meydançasına yaxın ətrafda və sırf qapı önündə yaranan təhlükəli fraqmentləri incələsək, bir daha əmin olacağıq ki, «Şah» ondan iki-üç addım irəlidə yer alanların neçə-neçə səhvini sığortalayıb. Axı həmişə belə olmayacaq və olmamalıdır.

Xəzər Hikmət

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!