Dam yoxdursa, damda nə gəzirsən, Byazi?

8 Sentyabr 2021 13:00 Köşə 1 436
Dam yoxdursa, damda nə gəzirsən, Byazi?

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi deyib ki, evi tikməyə bünövrədən başlamaq lazımdır.

Onun fikirlərinin açmasını verək ki, AFFA-nın “istedadlı dəlduzlar”ı da başa düşsünlər.

Yoxsa elə biləcəklər ki, Byazi Azərbaycandan apardığı sərvətlə İtaliyada özünə ev tikmək niyyətindədir və o haqda danışır.

Güman edəcəklər ki, Byazi o evin bünövrəsi üçün lazım olan armaturu, betonu da burdan aparmaq istəyir.

Yox, cənab “istedadlı dələduzlar”, De Byazi yığmadan danışır. Yəni deyir ki, yığma evdirsə, onun bünövrəsi aşağı yaş qruplarıdır.

Aşağı yaş qruplarında futbolçu yetişməlidir ki, sonra əsas yığmada “dam” tikmək asan olsun. Amma bizim sizə - “istedadlı dələduzlar”a yox, elə De Byaziyədir sualımız.

Ay italyan, əgər Azərbaycan futbolunda dam yoxdursa, sən damda nə gəzirsən? Və ya damda gəzməyin haqqını niyə alırsan? Öz aramızdır, sən də “istedadsız dələduz” deyilsən ha?

Natiq Muxtarlı

Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da