Boş-boş Premyer Liqa vədi

10 May 2021 11:40 Köşə 2 202
Boş-boş Premyer Liqa vədi

Azərbaycan Premyer Liqasında klub sayı artırılacaq" - tanış cümlədir, elə deyilmi?

Bəli, elədir.

Tanış yox e, bu cümlə qulağımızın "yara" bağlama səbəbdir. İllərdir eyni söz deyilir.

Gah Rövnəq Abdullayev, gah Elxan Məmmədov, gah da Ramin Musayevin dilindən eşidir və yazırıq.

Amma dəyişən nəsə yoxdur. Heç olmayacaq da.

Bunun üçün jurnalistini, azarkeşini, futbolçusunu, məşqçisini aldadanların vədinə əməl etməsi lazımdır.

Bunu da eləmirlər. Çünki maraqları və istəkləri yoxdur. Sözdür də, verib,

11 ay futbolsevərlərin başının altına yastıq qoyub, vədin yerinə yetirilmə vaxtı çatanda isə sanki dheç nə olmayıbmış kimi özlərini aparırlar.

AFFA düzələcək? Əsla! Atalar boş yerə deməyib ki, "qozbeli qəbir düzəldər". İndi də illərdir hamını aldadanları, yalanlarla ayı aya, ili ilə calayanları ancaq "qəbir" düzəldə bilər. Ən yaxşı halda isə islahat.

Əslində islahat onların düzəlməsi üçün yox, futbolumuzun düzəlməsi üçün vəsilə ola bilər.

Bəlkə onda biz də Premyer Liqada bölgə klublarını, sadiq futbol azarkeşlərini, həqiqi rəqabət mühitini görmüş olarıq.

Əks halda, hələ uzun illər mövsümün əvvəli nağıllar eşidib, sonunda isə pərişan olacağıq. Allah adətinizi kəssin!

Xanoğlan İmanov

Xəbər Lenti