"Neftçi"yə yaraşmayan, nə danışdığını bilməyən aktyor

27 Aprel 2021 11:40 Köşə 2 535
"Neftçi"yə yaraşmayan, nə danışdığını bilməyən aktyor

Samir Abasovun mətbuat konfransnı izlədim və peşmn oldum, utandım.

«Neftçi»ni ağzının danışığını bilməyən belə bir tipin çalışdırmasına görə.

O, oyunun içini çölə çıxarmaq istədi, əl-qol ölçdü. Hakimin 90 dəqiqə ərzində meydanda birtərəfli qərarlar verməsini görməzdən gəlib, suçlamaya keçdi.

«Sabah» belə oynadı, elə oynadı – sənə nə? Sən öz komandana bax, öz futbolçularını analiz elə.

Yarım saat yerdə uzandılar, göydə dolandılar, nə bilim, Saşa Stamenkoviç elə etdi, belə etdi – bundan sənə nə?

Üç qırmızı vərəqə alan komanda neyləməlidir, Abasov? Vüqar Həsənlinin simasında meydanda hakim yox, tərəfkeş birini görən komanda xalı qurtarmaq üçün mümkün texniki variantların birinə də əl atmalı deyildi, Abasov?

Hə, gözləyirdin ki, «referi»nin sıxıb suyunu çıxartdığı «Sabah» meydanı vaxtından əvvəl tərk etməli idi, amma etmədi. Yəqin bunu gözləyirdin, eləmi, Abasov?

Gümanın doğrulmadı, texniki qələbə əldən getdi, yanırsan indi. Hardasa başa düşürəm səni, 8 nəfərlə qalmıq rəqibi 12 nəfərlə udmağı bacarmadız.

«Rədd elə, getsin…». Bu, nə sözdür? «Neftçi»nin baş məşqçisinə yaraşan ifadədir heç? Rəqibin qapıçıısına yönəlik belə bir açıqlama verən adamı mən 1 dəqiqə «Neftçi»də saxlamram.

Kamran Quliyev saxlayır, çünki «atı atın yanına bağlayanda, həmrəng olmasa da, həmxasiyyət olarlar» söhbəti var.

Heç bir uğuru olmadığı halda, «Neftçi» kimi tarixi klubun baş məşqçi kürsüsünə əyləşdirilən Samir Abasov dünən bir daha göstərdi ki, o, yaxşı artistlik etməyi bacarır.

Verin ona bir ssenari, kino-filan çəksin. Mətbuat konfransında yalandan elə bir hay-küy qopardı, oyunu izləməyən kəs sanki «Neftçi»nin qələbəyə layiq olduğunu, 3 xalınıın əlindən alındığını düşünər. Utan e!

Sifariş beçələri «Sabah»ın anasını ağlatdı, dəymişi qala-qala kalını yerə tökdü, sən hələ çıxıb «şou» açırsan, filan şey filan cür oldu deyirsən. Haqqın yoxdur. Zərrə qədər də.

Belə haqdan-ədalətdən danışansan, bircə kəlmə də qayıdardın ki, iki olmayan penaltidən qol vurduq. Deyərdin ki, düzünə verilməyən penaltilər «Sabah»ın futbolçularını dəli etdi, hövsələdən çıxardı, qırmızı kartlar göydə uçuşdu.

Belə düzsən, söyləyərdin ki, meydandan kənaarlaşdırılan Bəhlulun nə günahı var idi? Təmkini kim o həddə çatdırdı?

Hə, Hondanın fərqləndiyi epizodda ofsayddan əsər-əlamət yox idi, laysman yanılşa yol verdi, bəs Vüqar Həsənlinin ondan əvvəl və sonrakı qərarlarına nə sözün?

Niyə bircə kəlmə bu mövzuya girmədin, Abasov? İşinə yarıyanda, hakimi mövzu etmirsən, ammaa özgə vaxt «mən hakimlərə təzyiq edirəm» deyirsən - nə oldu indi?

Sən kimsən ki, rəqib futbolçu üçün hakimə «rədd elə, getsin» sifarişi verirsən? De də, sən kimsən axı?

AFFA bu aktyorun danışdıqlarına hüquqi qiymət verməsə, əmin olacam ki, oranın ən ali şəxsləri bu adamı qoruyur, onun arxasında dayanıb və «Neftçi»ni çempionluq taxtında əyləşdirmək istəyir.

«Neftçi», türklər demiş, «çatır-çatır» futbol oynamadı, xalı haqq etmədi. Samir Abasov Vüqar Həsənlinin əl-üzündən öpməlidir ki, bu 1 xalı ona qazandırdı.

8 nəfərlə qalmış rəqibə qol vura bilməyən, günahı özündə və komandasında axtarmayan baş məşqçi «Neftçi»də işləməməlidir! Şübhə etmirəm ki, mənim kimi nə qədər insan da bu fikirdədir.

«Sabah» gözə xoş gələn futbol oynamadı. Amma oynadılar, vuruşdular. Qələbəni onlardan «hakim» oğurladı.

Ədalət prinsipinə tüpürən «fit sahib»inə qarşı 96 dəqiqə mübarizə apardılar. Qarşısındakı tək «Neftçi» olsaydı, nə var idi ki..?

Hər şeyə rəğmən və heç nəyə baxmadan dözdülər, əzmkarlıq göstərdilər. Ramin Quliyevi futbolçularına belə bir döyüşkən ruh aşılaşdığına görə təbrik etmək olar.

Həmçinin final fitindən sonra göstərdiyi səbrə görə. O həngamədə əlindən bir xəta çıxmadı, əsəblərinə hakim ola bildi. Mətbuat konfransında da özünü centlmen kimi apardı, hər kəlməsinə diqqət elədi, sərhəd gözlədi.

Bunu bir yerə yazıb saxlayın, Ramin Quliyev gec-tez yaxşı məşqçi olacaq, ad çıxaracaq. O vaxt Samir Abasov da işləyəcək bir yerdə, bəli. Böyük səhnələrdən eşidəcəyik səsini. Flarmoniyanın, «Yaşıl teatr»ın…

ELNUR

Xəbər Lenti