Millimizin futbolçusunu bu dəfə hansı erməni dostları təbrik elədi?

28 Mart 2021 13:00 Köşə 2 136
Millimizin futbolçusunu bu dəfə hansı erməni dostları təbrik elədi?

Portuqaliya - Azərbaycan oyunu millimizin ehtiyat skamiyasında əyləşənlər arasında yeni sima olan Aleksey İsayev də vardı.

Rusiyalı 84-cu dəqiqədə Emin Mahmudovun əvəzinə meydana daxil olmuşdu.

Bu, həm də onun Azərbaycan komandasında ilk oyunu kimi tarixə düşdü. Bir sözlə, AFFA-nın şərəfli formanı geyindirdiyi növbəti yadelli oldu.

İsayev yatsa, yuxusuna da girməzdi ki, nəvaxtsa Portuqaliyaya qarşı oynayar, meydanı Ronaldo kimi ulduzla bölüşər. Ta ki AFFA rəsmiləri onu tapana kimi! Məhz federasiya başbilənləri ona bu bəxtəvərliyi qismət elədi.

İsayevin belə rəqiblə oyunda meydana çıxması sıradan bir hadisə deyildi. Təbii olaraq, oyundan sonra dostları futbolçunu bu münasibətlə təbrik ediblər.

Təbrik edənlər arasında onun erməni dostunu da gördük. İsayev məhz elə həmin erməni dostunun təbrikini "sağ ol, qardaşım" başlığı ilə sosial şəbəkədə paylaşmışdı.

Bundan sonra futbol ictimaiyyətindən İsayevə və onu millimizə calayan federasiyaya tənqidlər başladı. Vətən müharibəsində şəhid olan qardaşlarımızın qanı soyumamış, belə bir paylaşım haqlı, ciddi narazıılığa gətirib çıxardı.

Narazılıqların böyüməsindən qısa müddət sonra milliləşdirilmiş rus məlum paylaşımı sildi.

Gözlənilirdi ki, federasiya futbolçuya sərt üzünü göstərəcək. Ən azından bir müddət millidən uzaq tutmaq kimi. Yenə əksini görürük.

Dünən millimiz Qətərlə Macarıstanda beynəlxalq yoxlama oyunu keçirdi. Bu dəfə İsayevə əsas heyətdə şans verilmişdi. Görünür, sonuncu düşüncəsiz addımının «mükafat»ını federasiya belə verməyi məqsədəuyğun bilib.

Bu, İsayevin millimizin start heyətində başladığı ilk görüş kimi tarixə düşdü. Görəsən, bu münasibətlə bu dəfə oyundan sonra onu hansı erməni dostları təbrik elədi?

O, hələ qol vursa, məhsuldar ötürmə versə…

Hələ çox "sağ ol, qardaşım" paylaşımları görəcəyik. AFFA-nın sayəsində...

Xanoğlan İmanov

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda