AFFA-nın ümidləri puç oldu, italyan üz tutdu Antalyaya …

3 Fevral 2021 20:20 Köşə 3 140
AFFA-nın ümidləri puç oldu, italyan üz tutdu Antalyaya …

Azərbaycan millisinin baş məşqçisi De Byazi namizəd futbolçulara baxmaq üçün Antalyaya gedib.

Bəli, səhv eşitmədiz, Antalyaya.

Futbol başbilənlərimizin sayəsində ölkə futbolu elə bərbad günə qoyulub ki, artıq yerli klubların oyununa milliyə namizədlərə xatir də baxmağa ehtiyac yoxdur.

8 komandanın iştiak etdiyi Azərbaycan Premyer Liqası, deyəsən, De Byazini də təngə gətirdi. O da artıq «oyuncaq» və mədə doyurmayan «Mədən Liqası»nı izləməkdən sıxıldı.

Yoxsa niyə başını götürüb, Antalyaya getsin axı? Tovuza yox, Gəncəyə yox, Zaqatalaya yox, məhz Antalyaya.

Birdən elə bilərsiz ki, italyan mütəxəssis klublarımızın təlim-məşq toplanışını izləmək üçün oraya gedib.

Məlumunuz olsun ki, Premyer Liqa iştirakçıları geridə qalan yay və qış fasiləsində pandemiya səbəbindən ölkə xaricinə çıxa bilmədi. Ağıla mütləq eyni sual gəlir.

Bəs De Byazi ora nəyə gedib? Səbəb çox ağırdır. Gedib ki, Ukraynada, Rusiyada doğulan, orada futbolun sirlərini öyrənən, üçüncü, beşinci nəslində azərbaycanlı olan kimisə tapıb, oyununu izləsin.

Bərbad idarəetmə sayəsində ölkədə bütün gənc futbolçu nəsli sıradan çıxarılıb, məhv edilib. 22-23 yaşlı futbolçu axmaq limit qərarına görə «qoca» sayılır.

Pulların dövr elədiyi vaxtlar Tovuz, Gəncə kimi bölgələrin uşaq futboluna yox, Berlində açdıqları akademiyaya yatırım edildi. Ağılsız layihənin nəticələri də «fıs» çıxdı.

Milyonların göyə sovrulduğu alman məktəbindən ölkəmiz üçün 1 sanballı futbolçu ortaya çıxmadı. Sanballı cəhənnəm, heç sanbalsızı, urvatsızı da çıxmadı.

Ümidləri üzülüb, indi də üz tutublar Antalyaya. Bəlkə ora dadlarına çatar. İnanan daşa dönsün! Hər iki halda məqsəd gün keçirmək, «pul yumaq»dır. İşiniz avand olmasın!

Xanoğlan İmanov

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"