"Kəpəz", "Turan" və "Xəzər Lənkəran"ı tanımırsız?

30 Yanvar 2021 17:40 Köşə 2 885
"Kəpəz", "Turan" və "Xəzər Lənkəran"ı tanımırsız?

"Azərbaycan Premyer Liqası üçün 10 klub idealdır. 12 klub riskdir. Klubun ənənəsi olmalıdır"

Bu sözlər Azərbaycan Futbol Federasiyaları Assosasiyasının həm baş katibi, həm də icraçı vitse-prezidenti olan Elxan Məmmədova məxsusdur.

Məmmədovun səlahiyyətləri saydığım iki vəzifə ilə bitmir. Belə olsa, nə vardı ...

O, de-fakto ölkə futbolunu ürəyi istəyən kimi idarə edən adamdır. Məsələn, bir gecədə Sumqayıt kimi futbol ənənəsi olan şəhəri rəhbərsiz qoyub, "Neftçi" kimi kluba prezident gətirmək gücünə sahibdir. İstədiyi anda düyməni basıb, istədiyi klubda baş məşqçini dəyişə bilir.

"İnter"i həvəskar klub səviyyəsinə gətirməyi bacarır. "Sumqayıt"ın prezidenti olan Riad Rəfiyev İrandan, Almaniyadan Azərbaycan millisinə futbolçu "daşımaq"la məşğuldur, o isə xəbərsizmiş kimi davranmağa davam edir.

Söhbət 1 ildə milli komandalara 10 milyon manata yaxın pul "xərcləyən" adamdan gedir. İndi də dünən yaranan klubları bizə tarixi ənənəsi olanlar kimi təqdim etməyə çalışır.

Hə, Elxan Məmmədov, siz dediz, bizlər də inandıq. Day, bu qədər də yox ...

Bəlkə elə zənn edirsiz ki, Azərbaycan futbolunun ənənəsi sizin federasiyada işə başladığınız tarixdən sayılır? Bu sözü deyəndə, niyə düşünmədiz ki,

"Turan"ın ən cavan azarkeşi "Səbail"in özündən hardasa 20 yaş böyükdür.

"Xəzər Lənkəran" azarkeşi var ki, nəvəsi dünyaya gələndə "Sabah" hələ yox idi.

"Kəpəz"in Azərbaycan futbolunda qazandığı kubokların sayı 7-dir. "Zirə"nin isə hələ bu yay 7 yaşı tamam olacaq.

Ağır Atletika Federasiyasının mətbuat xidmətinin işini yaxından izləyirsiz.

Deməli, boş vaxtınız da çox olur. Arada vaxt ayırıb, tarixi, ənənəsi olan klublarımızla da maraqlansanız, yaxşı olar.

Demirəm ki, Premyer Liqaya çıxmalarına kömək edin, amma ən azından bizlərin gözünə baxa-baxa belə gülməli sözlər danışmayın, istehza etməyin.

Xanoğlan İmanov

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"