AFFA Tovuzda, Gəncədə akademiya aça bilməz!

17 Yanvar 13:00 Köşə 1 981
AFFA Tovuzda, Gəncədə akademiya aça bilməz!

8 sentyabr 2011-ci il - bu tarix "Bakı"ı sevərlər üçün xüsusi gündür.

Məhz bu gündə "Bakı" Futbol Klubunun təlim-məşq bazasının açılışı olmuşdu.

Məqsəd gənc perespektivli futbolçuları bura cəm etmək və gələcəyin ulduzlarını yetişdirmək idi. İnsafən, bu proses heç də pis getmirdi. Əbəs deyil ki, hazırda da Azərbaycan Premyer Liqa klublarında neçə-neçə "Bakı"ı yetirməsi çıxış edir.

Amma bir andaca hər şey 180 dərəcə tərsinə fırlanmağa başladı. Öncə "Bakı" Futbol Klubu, bir müddət sonra isə kluba məxsus baza dağı(dı)ldı.

Hər şey ölkə futboluna birbaşa cavabadeh olan AFFA-nın gözləri qarşısında baş verdi. Federasiyadan nə klubun, nə də bazanın dağılmasına heç bir reaksiya görmədik. Sanki hər şey ürəklərincəymiş kimi təəssüratı vardı.

"Bakı" klubunun dağılmasını keçək. Heç olmasa, bazanın dağılmasının qarşısını almaq olmazdımı? Məncə, olardı! Sizlər isə buna cəhd belə etmədiniz.

Gözümüzün önündə məhv edilən bazaya göz yumanların sədası indi də Tovuzdan gəlir. Nədi-nədi qərb bölgəsində akademiya fəaliyyətə verilib.

Əslində sevinməli olduğumuz hadisədir, amma hər şey göründüyü kimi deyil axı. Almaniyada da futbol akademiyası açılmışdı, bəs axırı necə oldu?

Neçə ildi Sumqayıtda "gənc" futbolçular yetişdirilir deyilir. Bəs biz nə görürük? Hardadı yetişməli olan sumqayıtlı gənclər? Əvəzində peymanlar, alekseylər, rəhimlər və onların havadarları pul "qırmaq"la məşğuldular.

Bunların fonunda elə bilrsiniz ki, Tovuzda hər şey fərqli olacaq? Vallah-billah, olmayacaq. .

Bakının göbəyində ən muasir struktura malik futbol akademiyasının məhvinə, söküntüsünə göz yumanlar, Tovuzda, Gəncədə akademiya aça bilməzlər.

Daha doğrusu akademiya açallar, amma gənc futbolçu yetişdirmək üçün yox, pul "qırmaq" üçün. Görünən kəndə nə bələdçi? Söhbət köhnə binanı 4,3 milyon manata təmir etdirən adamlardan gedir.

Xanoğlan İmanov

Xəbər Lenti