Tərlan Əhmədovun sonunu gətirən GİZLİ SƏBƏBLƏR

9 Avqust 2020 17:40 Şamaxı 1 832
Tərlan Əhmədovun sonunu gətirən GİZLİ SƏBƏBLƏR

Martdan bəri ölkənin futbol həyatı durğunluq dövrünü yaşayır.

Koronavirus pandemiyası yavaş-yavaş zəifləyir və klublar artıq məşqələrə başlayıblar, lakin bu prosesin davamiyyəti hələ sual altındadır.

Peşəkar Futbol Liqasının yeni mövsümün start tarixini avqustun 21-i olaraq açıqlaması hələ o demək deyil ki, planlar yenə dəyişə bilməz. Hər günün öz hökmü var, bir də gördün, xəstəlik təkrar sürətlə yayılımağa başladı, onda sərt rejimli karantinin uzadıılmasıı zərurəti yaranacaq.

Bugünlərdə yaşııl meydanlar futbolçu və top üzünə həsrətdir. Klubların özündə isə «ələnmə» gedir. Sürət gözləniləndən də yüksəkdir. Premyer Liqa təmsilçilərindən 3-ü baş məşqçisi ilə vidalaşıb. «Zirə» Zaur Həşimovu Rəşad Sadıqovla əvəzləyib. «Sabah» Jelko Sopiçin yerinə Visente Qomesi gətirib.

Dünən də «Keşlə» Tərlan Əhmədovu yola salıb. İlk iki komandanın sükançısını dəyişməsi təbii haldır, çünki böyük vəsaitlər hesabına qurulan kollektivlər proqnozları doğrultmadı. «Zirə» ilə «Sabah» demək olar eyni problemlərin acıısını daddı.

Həşimov da, Sopiç futbolçularında intizam, oyunundla nizam yaratmağı bacarmadı. Bunlar bir-birini tamamlayan nüanslardır, biri olmadısa, digəri də olmayacaq.

Avrokuboklardan kənarda qalan bu klublar baş məşqçiləri ilə yoluna davam etsəydi, bunun özü təəccüb doğurardı. Hər halda ikisi də ziyanın yarısından qayıtdı.

«Keşlə»nin dünən verdiyi qərara gələk. Əksəriyyət heyrət içindədir ki, komanda Premyer Liqanın bürünc medalınıı və Avropa Liqasına vəsiqəni qazanııbsa, Tərlan Əhmədovun istefaya göndərilməsinə nə səbəb ola bilər?

Sualın cavabını meydançada, paltardəyişmə otağında axtaranlar səhv edir. 2019-cu ilin oktyabrında görəvə gələn mütəxəssis futboldankənar amillər üzündən iş yerini itirib.

İndi hər şeyi bütün çıılpaqlığı ilə burada açıqlamaq olmur. Hər halda Zaur Axundov nəsə bilib, nələrdənsə xəbər tutub ki, növbəti sezonun başlamasıına az qalmış bu addımı atmaqdan savayı çıxış yolu görməyib.

Pərdəarxası olaylarıın «çəki»si o qədər ağırdır ki, bunu qaldırmaq mümkün deyil, ondan yalnız xilas olmalıısan, yoxsa səni də özüylə uçurumun dibinə yuvarlayacaq. Əslində, «Keşlə»ni başına götürən həyacan təbili çoxdan çalıınmışdı.

Müşahidə Şurasının sədri buna kimi SOS siqnalına əhəmiyyət vermirdi demək də düzgün çıxmaz. Əlbəttə, o, Əhmədovun fəaliyyətinin görünməyən tərəflərindən duyuq düşmiüş, hiss etmişdi. Müəyyən şeyləri eşitmişdi, necə də olmasa, əlaqələri genişdir və bilirdi ki, baş məşqçini görəvdən almasa, klubun qapısı qıfıllanacaq.

Bir qədər keçəcək, hər şeyin olmasa da, çox şeyin üstü açlacaq və məhz onda ictimaiyyət başa düşəcək ki, Tərlan Əhmədov boş yerə bu aqibətlə üzləşməyib. İstefa «əcəl»i onu girləyirdi və bir müddət idi ki, qarabaqara onu izləyirdi.

Bundan qaça bilərdimi? Sözsüz. Amma nəfsi və bəzi kənar təsirlər imkan vermədi. O, bir «oyun»un içində idi və oradan çıxmağa qorxdu. Bu qorxu da sonunu belə biabırçı gətirdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”