"Azərbaycandakı çıxışıma görə çox xoşbəxtəm"

19 May 2020 10:38 Şamaxı 508
"Azərbaycandakı çıxışıma görə çox xoşbəxtəm"

“Keşlə”nin syerra-leoneli yarımmüdafiəçisi Con Kamara Qazaxıstanın “sports.kz” saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan və Qazaxıstan çempionatlarını müqayisə edən 32 yaşlı legioner gələcək karyerası barədə də fikir bildirib.

- Son mövsümü Azərbaycanda oynayırsız. Təəssüratlarınız necədir?
- Son mövsüm bir az çətin oldu. Ancaq qətiyyətli idim, həmçinin komanda da hazır idi. Buna görə də yaxşı oyun keçirməyi bacardım. Tədricən yaxşı forma yığdıq və uğurlu nəticəyə nail olduq.

- Ümumiyyətlə, Qızılordada yaşamaqdansa, Bakıda yaşamaq daha yaxşıdır?
- Düzünü deyim ki, Bakı gözəl şəhərdir və burada həyatı daha maraqlı edən bir çox şey baş verir.

- Azərbaycan futbolunun səviyyəsi barədə nə deyə bilərsiniz? Azərbaycan çempionatını Qazaxıstan Premyer Liqası ilə müqayisə edin...
- Hər iki liqa həm çox yaxşı, həm də rəqabət qabiliyyətlidir. Fərq ondadır ki, Qazaxıstanda daha çox komanda və daha çox matç var, amma səviyyə eynidir.

- Azərbaycan mətbuatında oyununuzla bağlı yaxşı rəylər oxudum. Oradakı çıxışınızdan razısınız?
- Əlbəttə. Azərbaycan çempionatındakı çıxışıma görə çox xoşbəxtəm və məmnunam. İştirak etdiyim hər oyunda daha yaxşı olmaqda davam edəcəyəm.

- Azərbaycan Qazaxıstandan çox fərqlidir?
- Azərbaycan insanlarla tək olmaq, onlarla danışmaq və başa düşmək daha asan olan başqa bir ölkədir. Qazaxıstanda əsas problemlərdən biri dil idi. Xüsusilə yaşadığım Qızılordada.

- Azərbaycan çempionatında finişə 8 tur qalmış fasilə verildi. Sizcə, turnir sonadək oynanılacaq?
- Bəli, Azərbaycan çempionatı COVID-19-la əlaqədar sona 8 tur qalmış dayandırıldı. Çox istərdim ki, oyunumuzu davam etdirək, amma necə olacağını bilmirəm. Artıq may ayıdır və hələ heç nə başlamayıb. Buna görə də, heç nə bilmirəm.

- “Keşlə” hazırda 3-cü yerdədir. Bu, klub üçün yaxşı nəticədir?
- Təbii ki. “Keşlə” çempionatda 3-cü pillədədir və bilirəm ki, bu, həm klub, həm də buradakı hər kəs üçün yaxşı mövqedir.

- Azərbaycanda karantin şərtləri nələrdir?
- Hazırda Azərbaycanda, Bakıdayam. Karantin vəziyyəti əslində, sadə deyil. Amma bizə verilən bütün tədbirlərə və tövsiyələrə əməl etməliyik.

- Qazaxıstan çempionatını Azərbaycandan izləyirdiniz? Sizcə, Premyer Liqamız irəliləyir, ya yox?
- Bəli, hər iki liqanı izlədim. Qazaxıstan Premyer Liqasında bir çox yeni qaydalar qəbul edildi. Ancaq düşünürəm ki, hər şey yaxşıdır.

- “Keşlə” ilə müqaviləniz iyunda başa çatır. Karyeranızı harada davam etdirəcəyinizi bilirsiniz?
- Bəli, “Keşlə” ilə müqaviləmin müddəti iyunda başa çatır. Menecerlərim karyeramın növbəti mərhələsi üzərində işləyirlər. Onların maraq göstərdikləri və mənə təklif etdikləri bir çox ölkə var - Türkiyə, Qazaxıstan və digər yerlər.

- Bir gün Qazaxıstana qayıtmaq istərdiniz?
- Mən futbolçuyam, buna görə də, vəziyyət münasib və yaxşı olduğu müddətdə hər yerdə və istənilən vaxt oynamağa hazıram.

Digər Xəbərlər
Xəbər Lenti