Əhmədov “alver“ə görə qovulan köməkçisinə hər ay “haqq“ verir

10 Mart 2020 21:00 Şamaxı 1 864
Əhmədov “alver“ə görə qovulan köməkçisinə hər ay “haqq“ verir

“Keşlə” danışılmış oyunlarla bağlı aparılan araşdırmalar nəticəsində günahları sübut olunmuş əsas komandasının məşqçisi Mehman Babayev və inzibatçısı Asif Səfərovun müqavilələrinə dekabrın 27-də xitam verdi.

Adıçəkilən şəxslər 2017-ci ildə “Binə” Futbol Klubunda çalışarkən oyunların manipulyasiyasında iştirak etdiklərinə görə bir müddət əvvəl hüquq-mühafizə orqanlarına izahat veriblər.

Sportinfo.az bununla bağlı yeni məlumat əldə edib. Belə ki, “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun hər iki şəxsə öz cibindən hər ay maaş verməsi barədə redaksiyamıza informasiya daxil olub.

Başqa sözlə, Babayevlə Səfərov paytaxt klubunda aldığı məvacibi bu dəfə Əhmədov ödəyir.

Bu da təsadüfi deyil. Onlar Tərlan bəyin yaxın çevrəsinə aiddir. Trio AZAL-dan üzü bu tərəfə bir yerdədir. Əhmədov yaxın dostlarını Şüvəlan komandasından sonra «Neftçi»yə aparıb, oradan da «Keşlə»yə gətirib.

Digər Xəbərlər
Xəbər Lenti