Çempionsayaq - FOTOLAR

9 Mart 2020 10:10 Şamaxı 576
Çempionsayaq - FOTOLAR

Azərbaycan Premyer Liqasında XX turun son oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "ASK Arena"da "Keşlə" və "Qarabağ" üz-üzə gəlib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 31-ci dəqiqədə Abdullah Zubir açıb. 87-ci dəqiqədə isə Filip Ozobiç yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində xalını 45-ə çatdıran "Qarabağ" yenidən ən yaxın izləyicisi "Neftçi"dən 8 xal aralanıb. "Keşlə" isə 30 xalla 3-cü sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti