"Onun milliləşdirilməsi yerli futbolçulara təhqirdir”

18 Fevral 22:50 Keşlə 976
"Onun milliləşdirilməsi yerli futbolçulara təhqirdir”

"Ramil Şeydayevin "Sabah"a gəlməsi geriyə addımdır.

Avropada çıxış etdikdən sonra Azərbaycana qayıtmaq ancaq belə qəbul edilməlidir. Ramil yəqin ki, artıq öz klubunu tapıb".

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyev deyib.

O, yığmanın üzvü Ramil Şeydayevin "Sabah"la mövsümün sonunadək müqavilə imzalamasına münasibət bildirib. Quliyevin sözlərinə görə, forvard üçün yenidən ölkə xaricinə çıxmaq çətin olacaq:

"Ramilin bu gün özünü göstərməsi üçün ən yaxşı dövrüdür. Yəqin ki, yaxşı formada olsaydı, Avropada hər hansı klubda qalardı. Amma belə olmadığı üçün özünə Azərbaycana qayıdıb.

Onun yayda yenidən Avropaya yollanmasına çəlincə, çətin məsələdir. Azərbaycan çempionatı "balota"dır. Bura düşən adam çıxa bilmir".

Veteran futbolçu Sezar Meza Kollinin milliləşdirilməsi məsələsinə toxunub. O, “Keşlə”nin 29 yaşlı paraqvaylı yarımmüdafiəçisinin komandamıza xeyir verəcəyinə inanmır:

"Riçard Almeydanın milliləşdirilməsinin tərəfdarlarından biri də mən olmuşam. Amma gözləntilərimi doğrultmadı. İstənilən halda, hansısa futbolçusunun milliləşdirilməsini istəmirəm.

Bu, yerli futbolçular üçün də təhqirdir. Heç inanmıram ki, Sezar Meza Kolli millimizə xeyir versin. Milliləşdirməsələr daha yaxşı olardı, onun yerinə Əli, Vəli oynasa yaxşıdır".

Xəbər Lenti