Tərlan Əhmədov onu təcili Antalyaya çağırdı - ÇƏTİN DURUM

18 Yanvar 2020 17:48 Şamaxı 1 444
Tərlan Əhmədov onu təcili Antalyaya çağırdı - ÇƏTİN DURUM

Antalyada təlim-məşq toplanışını davam etdirən "Keşlə"də xoşagəlməz hadisə yaşanıb. Sportinfo.az xəbər verir ki, paytaxt klubu "Zvikau" ilə yoxlama oyunu öncəsi hər iki qapıçısını itirib.

Məşqdə həm komandanın əsas qolkiperi Stanislav Namaşko, həm də onun əvəzləyicisi Rəşad Əzizli sıradan çıxıb. Qış fasiləsində üçüncü qapıçı Şahin Zəkiyevi göndərən Tərlan Əhmədov belədə çətin vəziyyətdə qalıb.

Sərəncamında başqa qolkiper olmayan baş məşqçi məcburiyyətdən əvəzedici heyətin qolkiperi Əkbər Vəliyevi təcili Antalyaya çağırıb.

"Keşlə" - "Zvikau" oyunu Azərbaycan klubunun 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Namaşkonun durumuna da toxunan moldovalı həmkarlarımız zədənin nə dərəcədə ciddi olması və onun hansı müddətə sıradan çıxmasının məlum olmadığını yazıb.

Digər Xəbərlər
Xəbər Lenti