"Şamaxı" bu dəfə "Qarabağ"dan Qurban Qurbanovun oğlunu istədi

6 Avqust 2022 10:40 Şamaxı 1 899
"Şamaxı" bu dəfə "Qarabağ"dan Qurban Qurbanovun oğlunu istədi

“Şamaxı” İsmayıl İbrahimlidən sonra daha bir “Qarabağ”lıya elçi düşüb.

Belə ki, bölgə klubu bu dəfə ağdamlıların hücumçusu Musa Qurbanlı üçün qarşı tərəfə müraciət edib.

Şamaxı təmsilçisi 2024-cü ilə kimi “Qarabağ”la müqaviləsi olan 20 yaşlı forvardı icarəyə götürməyi düşünür.

Qurban Qurbanov bir mövsüm əvvəl öz oğlunu 6 aylıq “Zirə”yə icarəyə verilməsinə razılaşmışdı.

İndi isə təcrübəli mütəxəssis hələ də nə İsmayıl, nə də Musa ilə bağlı yekun qərarın verməyib.

Hər iki oyunçu da Ağdam təmsilçisində olan ciddi rəqabət səbəbindən son vaxtlar daha çox ehtiyatda qalır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”