Fransada çıxış edən ingiltərəli ulduzla razılığa gəldi - “Fənərbaxça”

13 İyul 15:20 Türkiyə 689
Fransada çıxış edən ingiltərəli ulduzla razılığa gəldi - “Fənərbaxça”

“Fənərbaxça” Fransada “Marsel”in formasını geyinən ingiltərəli ulduz Meyson Qrinvud ilə şəxsi razılıq əldə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.

Məlumata görə, “sarı-lacivərdlilər” 24 yaşlı cinah hücumçusu ilə hər bir detalda razılığa gəlib. Lakin transferin rəsmiləşməsi üçün klublar arasında danışıqlar davam edir.

İstanbul təmsilçisi ingilis futbolçu üçün Fransa klubuna 30 milyon avro+bonuslar olan rəsmi təklif göndərməyə hazırlaşır.

Lakin “Marsel” rəhbərliyinin Qrinvud üçün transfer qiyməti gözləntisi daha yüksəkdir. Belə ki, Fransa klubu ulduz oyunçu üçün 50-55 milyon avro tələb edir.

Bir müddət əvvəl “Fənərbaxça”da prezidentliyə namizədlərdən olan Hakan Safi də Qrinvud ilə razılıq əldə etdiyini, lakin klubu ilə danışıqların hələ yekunlaşmadığını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!