“Qarabağ”dan etdikləri transferi təriflədi: “Bizə məhz beləsi lazımdır”

13 İyul 11:40 Qarabağ 749
“Qarabağ”dan etdikləri transferi təriflədi: “Bizə məhz beləsi lazımdır”

“Seltik”in baş məşqçisi Martin O Nil növbəti dəfə Kamilo Duranın “Qarabağ”dan transfer edilməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 74 yaşlı mütəxəssis Britaniya mətbuatına açıqlamasında kolumbiyalı hücumçudan çox şey gözlədiyini deyib.

Şimali irlandiyalı çalışdırıcı 24 yaşlı forvardın Şotlandiya klubunu gücləndirəcəyinə inanır: “Duran çox perspektivli qolçudur, fiziki üstünlüyü və xarakteri ilə seçilir.

Bu baxımdan çox diqqətimizi çəkdi. “Seltik”ə də məhz belə futbolçu lazımdır.

Hücumdakı döyüşkənliyi, ön xətdə top saxlama bacarığı ilə komandamıza əlavə güc gətirəcək”.

Kamilo Duranın transferinin “Qarabağ”a rekord məbləğ – təxminən 6,5 milyon avro qazandırması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!