17 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Aqil Nəbiyev biznes həyatına atılıb.gənc mütəxəssis restoran açıb.
O, yaxın dostu, hazırda «Şəfa»nın formasını geyinən Elmir Tağıyevlə birlikdə bu işə girişib.
Obyekt Mingəçevirdə fəaliyyət göstərir. «Sapora» adlanan restoran şəhərin mərkəzində yerləşir və gün ərzində müştərilərin xidmətindədir.
Cütlük müqavilə əsasında yeri icarəyə götürüb. Restoranın şəraitinin normal olması üçün bura kifayət qədər vəsait yaradılıb.
SPORTİNFO.AZ

