“Beşiktaş”la müqavilənin şərtlərini razılaşdırdı - “Arsenal”ın vingeri

12:00 Türkiyə 80
“Beşiktaş”la müqavilənin şərtlərini razılaşdırdı - “Arsenal”ın vingeri

“Arsenal”ın vingeri Leandro Trossard karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Beşiktaş”la müqavilənin şərtlərini demək olar tam razılaşdırıb.

Məlumata əsasən, “Arsenal” da onun transferinə razılıq verib. London təmsilçisi bu keçiddən 18 milyon, əlavə olaraq isə bonuslar şəklində daha 2 milyon avro qazanacaq.

Gözlənilməz hal baş verməsə, belçikalı futbolçu İstanbul klubu ilə müddəti 3 il olan müqavilə imzalayacaq. Razılaşmada daha bir il uzadılma imkanı da nəzərdə tutulub.

Trossard 2024-cü ilin əvvəlindən “Arsenal”ın formasını geyinir. O, ötən mövsüm Mikel Artetanın komandasında keçirdiyi 50 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti