"Qəbələ"dən 5 yoxlama

16:20 Qəbələ 91
"Qəbələ"dən 5 yoxlama

"Qəbələ"nin yay təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunları məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

“Qəbələ” hazırlıq müddətində 5 matçda meydana çıxacaq. “Qırmızı-qaralar”ın ilk oyunu iyulun 14-də “Kəpəz”ə qarşı olacaq.

Daha sonra iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə matçlar planlaşdırılır.

Yalnız “Sumqayıt”la oyun Sumqayıtda keçiriləcək. Digər görüşlər Qəbələdə təşkil olunacaq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti