“Qarabağ”ın “Akron”un hücumçusu Gilson Benşimolla maraqlandığı iddia olunur.
Bu barədə “Zona Russa” məlumat yayıb.
Mənbənin yazdığına görə, “köhlən atlar” Rusiya klubunda oynayan 24 yaşlı forvardın keçidini reallaşdırmaq istəyir.
Benşimol ötən mövsüm “Akron”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 10 qol vurub. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Gilson əvvəllər “Eştoril” və “Benfika B”də də oynayıb.
Kabo-Verde millisinin üzvü həqiqətən “Qarabağ”ın transfer siyahısındadır. Saytımız bununla bağlı müəyyən bilgilər əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, Premyer Liqanın vitse-çempionu afrikalı ilə bir mddət əvvəl danışıqlara başlayıb.
Benşimolla şəxsi müqavilə şərtləri razılaşdırılıb. Qalıb onun məxsus olduğu klubla təzminat məbləğini dəqiqləşdirmək, hələlik bu istiqamətdə məsafə tam qət olunmayıb.
“Akron” hücumçusuna görə 1,2 milyon avrodan yüksək kompensasiya tələb elədiyindən, görüşmələr uzana-uzana gedir.
SPORTİNFO.AZ

