Məşhur avtomobil şirkəti Azərbaycan klubuna sponsor etməyə razılaşdı - VİDEO

17 Noyabr 2021 15:00 Şamaxı 3 069
Məşhur avtomobil şirkəti Azərbaycan klubuna sponsor etməyə razılaşdı - VİDEO

Bilindiyi kimi, “Şamaxı“ yerli İcra Hakimiyyətinin himayəsi altında fəaliyyət göstərəcək.

Rayonun icra başçısı Tahir Məmmədov klubun saxlanılmasında yaxından iştirak edəcək.

Onun göstərişi ilə bir neçə yerli iş adamı, həmçinin şirkətlə sponsorluğa dair danışıqlar başlayıb və artıq qısa müddətdə müsbət nəticələr əldə edilib.

Bu barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Əldə etdiyimiz informasıyaya görə, dünyanın tanınmış avtomobil şirkətlərdən birinin Azərbaycandakı nümayəndəliyi “Şamaxı”nın himayədarları arasında yer almağa razılıq verib.

Reklam xarakterli olduğundan, onun adını açıqlamırıq. Həmin brend klubu maşın və digər texniki vasitələrlə təmin etməyi öz üzərinə götürüb.

Bölgələrdə futbolun inkişafına dəstək, stadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə"yə "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.

Bununla əlaqədar klubun Müşahidə Şurasının iclası keçirilib. Burada AFFA-nın təklifi müzakirə olunaraq, müsbət dəyərləndirilib.

Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək, "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.

"Şamaxı" FK-nın "Keşlə" Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.

"Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.

2200 nəfər azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti