Azərbaycan klubunu çözmək üçün 10 dəqiqə vaxt istədi

21 İyul 2021 22:10 Şamaxı 1 001
Azərbaycan klubunu çözmək üçün 10 dəqiqə vaxt istədi

"Matça yaxşı hazırlaşmışıq. Sabah azarkeşlərimizə baxımlı oyun göstərmək istəyirik.

Avrokuboklarda debüt etməyimizə baxmayaraq, komandada gərginlik yoxdur. Doğru yolda əmin addımlarla irəliləyirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Soçi"nin baş məşqçisi Vladimir Fedotov "Keşlə"yə qarşı Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Keşlə" barədə müəyyən məlumatlar toplamışıq. Amma heç bir oyununa baxa bilmədik.

Çünki yoxlama matçlarını yerli komandalara qarşı keçiriblər. Bununla belə, hansı üslubda oynadıqlarını bilirik.

Həmçinin yeni transferləri barədə məlumatlıyıq. Düşünürəm ki, matçın ilk 10 dəqiqəsi rəqibin oyununu analiz etmək üçün yetərli olacaq".

Rusiyalı baş məşqçi avrokuboklardakı əsas hədəflərini də açıqlayıb:

"Qrupa düşmək üçün 3 komandanı keçməliyik. Bu baxımdan bizi sıx qrafik gözləyir. Əsas məqsəd uğurlu startdır. İnanıram ki, hədəfimizə çatacağıq".

Fedotov şansların bərabər olduğunu vurğulayıb: "Rəqib barədə məlumatımız az olduğundan kimin favorit olduğunu demək çətindir.

Amma evdə oynayacağımız üçün üstünlük bizim tərəfimizdə olacaq. Kimin favorit, kimin ikinci olduğunu yaşıl meydan göstərəcək".

İyulun 22-də keçiriləcək "Soçi" - "Keşlə" görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!