Premyer Liqada baş məşqçi işləməyin YEGANƏ ŞƏRTİ

2 Aprel 2021 20:20 Şamaxı 905
Premyer Liqada baş məşqçi işləməyin YEGANƏ ŞƏRTİ

“Keşlə” rəhbərliyi Sənan Qurbanova onunla müqavilənin müddətinin uzadılmasının şərtini açıqlayıb.

Iki ay öncə baş məşqçi postunda Yunis Hüseynovu əvəzləyən həmkarı buradakı fəaliyyətini davam etdirmək istəyirsə, mütləq surətdə ölkə kubokunu qazanmalıdır.

Onu iş başında saxlaya biləcək yeganə “ipucu” budur.

Tanışlıq və xahiş-minnətlə komandanın sükanı arxaına gətirilən Qurbanov qarşısına qoyulan məqsədə nail olarsa, həm 20 min manatın üstündə mükafat qazana, həm də daha yaxşı şərtlərlə 1 illik yeni müqavilə imzalaya bilər.

Bunun üçün “Keşlə” öncə “Zirə”ni yarımfinal mərhələsindən uzaqlaşdırmalı, daha sonra finalda “Qarabağ” – “Sumqayıt” cütünün qalibini üstələməlidir.
Paytaxt təmsilçinin rəhbərliyi Premyer Liqanı öz axarına buraxıb. Necə deyərlər, Qurbanov çempionat cəbhəsindən sorğu-sual edilməyəcək.

“Keşlə”lilər buradan ümidini faktiki olaraq üzüb. Düzdür, sona 8 tur qalmış hələ şanslar itməyib, sadəcə, sabiq “bankirlər” Premyer Liqada dönüş edə biləcəklərinə inamsız yanaşır.

Hazırda 17 xalı olan komanda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb və avrokuboklara vəsiqə verən 3-4-cü yerlərdən 9-13 xal geridədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"