«Son ayyarımda komandaya 7-8 yeni futbolçu cəlb eləmişik və yaxşı nəticələrə ümid bəsləyirik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.
Gəncə təmsilçisinin rəhbəri hazırda çətin mərhələdən keçdiklərini, bununla belə, yekunda Premyer Liqada qalacaqlarına inandığını bildirib:
«Rəqabət çox güclüdür. Təbii ki, bu şəraitdə mübarizə aparmaq müşkül məsələdir.
Çempionatın geridə qalan hissəsində cəmi 3 xal toplamışıq və turnir cədvəlində axırıncı yerdəyik. Bu, bizi narahat edir, amma qorxutmur.
Fikrimcə, axırda olmağımız müvəqqəti haldır. Yay transferlərində çoxsaylı səhvlərə yol verildi.
İndi çalışırıq ki, həmin səhvləri düzəldək. Yeni futbolçular gələndən sonra komandanın oyununda irəliləyişi görürük.
Qış fasiləsinədək nə qədər gücümüz çatsa, xal götürəcəyik. Heç kimə asanlıqla təsdim olmayacağıq.
Bu heyəti daha əvvəl yığsaydıq, indikindən qat-qat artıq xal toplayardıq. Baş məşqçimizə və futbolçularımıza inanırıq.
Azarkeşlərimizə də sözüm odur ki, komandaya sahib çıxsınlar və inansınlar. Bu vəziyyətdən çıxacağıq».

