«Kəpəz»in yeni baş məşqçisi Adil Şükürov artıq narazılığın əsasını qoyub.
AFFA-nın texniki direktoru Cahangir Həsənzadənin tapşırığı ilə Gəncə klubunda işə götürülən çalışdırıcı Tariyel Hüseynova qarşı hörmətsiz davranıb.
Premyer Liqada sonuncu dəfə 2016-cı ildə çalışmış Şükürov əvvəlcə ona buradakı fəaliyyətini davam etdirəcəyini deyib, 2 gün keçmiş isə məşqə çıxmasına icazə verməyib.
O, «İmişli»dən Elşad Tahirovu yanına gətirib, Tariyel Hüseynova isə fikrini dəyişməsinin səbəbini izah edə bilməyib.
Nala-mıxa vuran Şükürov yerli yardımçısından üzr istəməklə kifayətlənib.
SPORTİNFO.AZ